Şahmat üzrə Qadınlararası Dünya Kuboku 2023 — FIDE tərəfindən təşkil olunmuş qadın şahmatçılar arasında keçirilən beynəlxalq şahmat turniri. Yarış Şahmat üzrə Qadınlararası Dünya Kubokunun ikinci buraxılışı olmuş və 30 iyul–21 avqust 2023-cü il tarixlərində Bakı şəhərində keçirilmişdir.
Turnirdə 103 şahmatçı iştirak etmişdir. Yarışın qalibi Aleksandra Qoryaçkina, ikinci yerin sahibi Nurgyul Salimova, üçüncü yerin sahibi isə Anna Muzıçuk olmuşdur. thumb|Turnirin qalibi Aleksandra Qoryaçkina Salimova və Muzıçuk nəticələrinə əsasən Şahmat üzrə Qadınlararası Namizədlər Turniri 2024-nə vəsiqə qazanmışlar. Qoryaçkina isə artıq FIDE Qadınlar Qran-prisi vasitəsilə Namizədlər Turnirinə vəsiqəni təmin etdiyindən onun kvotası 2024-cü ilin yanvar reytinq siyahısında ən yüksək reytinqə malik və minimum 30 reytinq partiyası keçirmiş şahmatçı olan Koneru Hampiyə verilmişdir.
Turnir eyni vaxtda Şahmat üzrə Dünya Kuboku 2023 ilə paralel keçirilmişdir.
Format Turnir yeddi mərhələdən ibarət pley-off sistemi üzrə keçirilmişdir. Reytinqə görə ilk 25 şahmatçı birbaşa ikinci mərhələdən yarışa başlamışdır. Yarımfinalda məğlub olan şahmatçılar üçüncü yer uğrunda əlavə görüş keçirmişlər.
Hər mərhələ iki klassik partiyadan ibarət olmuş, bərabərlik qeydə alındıqda isə tay-brek oyunları keçirilmişdir.
Vaxt nəzarəti aşağıdakı kimi olmuşdur:
iki klassik partiya — hər şahmatçı üçün ilk 40 gedişə 90 dəqiqə, sonra əlavə 30 dəqiqə və hər gediş üçün 30 saniyə; iki rapid partiyası — 25 dəqiqə + hər gedişə 10 saniyə; zərurət olduqda daha iki rapid partiyası — 10 dəqiqə + 10 saniyə; iki blits partiyası — 5 dəqiqə + 3 saniyə; bərabərlik davam etdikdə 3 dəqiqə + 2 saniyə vaxt nəzarəti ilə həlledici blits partiyaları qalib müəyyən olunana qədər oynanılmışdır.
Cədvəl Yarışın ilk üç mərhələsi 30 iyul–7 avqust tarixlərində keçirilmiş, 8 avqust istirahət günü olmuşdur. Dördüncü–altıncı mərhələlər 9–17 avqust tarixlərində baş tutmuş, 18 avqust növbəti istirahət günü elan edilmişdir. Final və üçüncü yer uğrunda görüşlər isə 19–21 avqust tarixlərində keçirilmişdir.
Azərbaycan təmsilçiləri Şahmat üzrə Qadınlararası Dünya Kuboku 2023-də Azərbaycanı bir neçə şahmatçı təmsil etmişdir. Turnirin iştirakçı siyahısında Günay Məmmədova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva yer almışdır. FIDE turnirin başlamasından əvvəl Günay Məmmədovanı Azərbaycan nümayəndələri arasında ən yüksək reytinqli qadın şahmatçı kimi təqdim etmişdir.
Mükafat fondu Turnirin ümumi mükafat fondu 676.250 ABŞ dolları təşkil etmişdir. Qalib 50.000 ABŞ dolları məbləğində mükafat qazanmışdır. Nəticə Mükafat Cəmi I mərhələdə məğlub olanlar 39 × 3.750 ABŞ dolları 146.250 ABŞ dolları II mərhələdə məğlub olanlar 32 × 5.000 ABŞ dolları 160.000 ABŞ dolları III mərhələdə məğlub olanlar 16 × 6.750 ABŞ dolları 108.000 ABŞ dolları IV mərhələdə məğlub olanlar 8 × 9.500 ABŞ dolları 76.000 ABŞ dolları V mərhələdə məğlub olanlar 4 × 14.000 ABŞ dolları 56.000 ABŞ dolları IV yer 20.000 ABŞ dolları 20.000 ABŞ dolları III yer 25.000 ABŞ dolları 25.000 ABŞ dolları Finalçı 35.000 ABŞ dolları 35.000 ABŞ dolları Qalib 50.000 ABŞ dolları 50.000 ABŞ dollarıCəmi 676.250 ABŞ dolları
Üçüncü yer Səpələnmə Ad 2023-cü ilin iyul reytinqi 1 2 Cəmi 9 Anna Müzıçuk 2509 1 ½ 1½ 6 Tan Çjunyi 2523 0 ½ ½
Final Reytinq nömrəsi Şahmatçı Reytinq (iyul 2023) Nəticə 29 Nurgyul Salimova 2409 1½ 2 Aleksandra Qoryaçkina 2557 2½
Aleksandra Qoryaçkina finalda Nurgyul Salimovanı tay-brekdə məğlub edərək turnirin qalibi olmuşdur.
İstinadlar
Xarici keçidlər Turnir cədvəli
Kateqoriya:Azərbaycanda şahmat Kateqoriya:2023-cü ildə Azərbaycanda idman