İmran Tahir oğlu Yusifov (14 avqust 1999, Əmirvan kəndi, Qəbələ rayonu) — Azərbaycan cüdoçusu, Azərbaycan çempionatlarının qalibi və mükafatçısı, beynəlxalq turnirlərin qalibi. Cüdo karyerası ərzində 90, 100 və +100 kq çəki dərəcələrində çıxış etmişdir.
Həyatı
İmran Yusifov 14 avqust 1999-cu ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olmuşdur. Cüdo ilə 15 yaşında məşğul olmağa başlamışdır. İdman hazırlığının ilkin mərhələsini “Qəbələ” İdman Klubunda Rail İsmayılovun rəhbərliyi altında keçmişdir. Yüksək fiziki göstəricilərinə görə məşqçisi Rail İsmayılovun tövsiyəsi ilə hazırlığını Bakı şəhərində davam etdirmiş və Rail İsmayılovun rəhbərliyi altında məşq etmişdir.
İdman Fəaliyyəti
Yusifovun ilk ciddi nəticəsi cüdo ilə məşğul olmağa başladıqdan qısa müddət sonra, 2014-cü ildə yeniyetmələr arasında Azərbaycan çempionatında əldə etdiyi üçüncü yer olmuşdur.O, 90 kq çəki dərəcəsində bürünc medal qazanaraq Azərbaycan milli yığma komandasına dəvət almışdır.
İstinadlar