Varvara su-elektrik stansiyası (Varvara SES) — Azərbaycanın Yevlax rayonunda, Kür çayı üzərində, Varvara kəndi yaxınlığında yerləşən su-elektrik stansiyasıdır. Stansiya Mingəçevir su-elektrik stansiyaları silsiləsinin tərkibinə daxildir və Azərenerji ASC tərəfindən istismar olunur. Stansiya 1954–1957-ci illərdə inşa edilmişdir. İlk hidroaqreqat 1956-cı ildə, digər iki hidroaqreqat isə 1957-ci ildə istismara verilmişdir. İlkin qoyuluş gücü 16,5 MVt olub.Azərbaycan Respublıkasi Melıorasıya Və Su Təsərrüfati Açiq Səhmdar Cəmıyyətı: Su Anbarlari Retrieved on 23 NovemberMinistry of Ecology of Azerbaijan: Azərbaycanın çayları, gölləri və su anbarları
Coğrafi mövqeyi Varvara SES Kür çayının üzərində, Yevlax rayonunun Varvara kəndi yaxınlığında, Mingəçevir su anbarından təxminən 20 km cənubda yerləşir.
Tarixi Varvara SES-in tikintisinə 1954-cü ildə başlanılıb. Stansiyanın yaradılmasında məqsədlərdən biri Kür çayının su ehtiyatlarından hidroenergetika məqsədilə istifadə etmək və Mingəçevir hidroenergetika kompleksinin fəaliyyətini tamamlamaq idi.
Stansiyanın birinci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Beləliklə, stansiya üç hidroaqreqatla fəaliyyətə başlamışdır. İlkin qoyuluş gücü 16,5 MVt təşkil edib.
Uzunmüddətli istismar nəticəsində stansiyanın hidrotexniki və elektroenergetik avadanlıqları fiziki cəhətdən köhnəldi və Azərenerji-nin məlumatına görə, 1990-cı ildən sonra stansiya bəzi dövrlərdə cəmi 2–3 MVt güclə işləyirdi.
Yenidənqurma Varvara SES-in yenidən qurulması Mingəçevir su-elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmişdir. İşlər 2010-cu ildən başlanmış və 2017-ci ildə başa çatdırılmışdır.
Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Stansiyanın binası müasir tələblər nəzərə alınmaqla yenidən qurulub. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib, idarəetmə və tənzimləmə sistemi texnologiyanın son nailiyyətlərindən istifadə edilməklə müasirləşdirilib, bütün köməkçi avadanlıqlar təzələnib.
Yenidənqurma zamanı sunəqledici kanalın sağ və sol sahillərində bərkitmə işləri görülüb, güc və xüsusi sərfiyyat transformatorları daha güclüləri və yeniləri ilə əvəz edilib. Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etmək qabiliyyətinə çatdırılıb.
Yenidənqurma işlərinə 150 nəfərdən çox yerli mütəxəssis cəlb edilib. Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, ətraf mühitin mühafizəsi gücləndirilib və yeni yaşıllıq zolağı salınıb.
Əhəmiyyəti Varvara SES Azərbaycanın hidroenergetika tarixindəuzunmüddətli istismar təcrübəsinə malik stansiyalardan biridir. 1950-ci illərdə yaradılmış stansiyanın 2010-2017-ci illərdə qurulması onun avadanlıqlarının müasirləşdirilməsinə və istehsal gücünün artırılmasına imkan vermişdir.
Mingəçevir su-elektrik stansiyaları silsiləsi Varvara SES Kür çayı üzərində yerləşən Mingəçevir su-elektrik sistemi ilə əlaqəli hidroenergetika obyektidir. AzərEnerji Varvara SES-i özünün fəaliyyət göstərən su elektrik stansiyaları sırasında göstərir. Stansiyanın yerləşdiyi ərazi Mingəçevir su anbarı və Kür çayının hidroenergetik sisteminin aşağı hissəsi ilə əlaqəlidir.
Varvara su anbarı Stansiyanın tikintisi hündürlüyü 86 metr, eni 3,4 km, sahəsi 20,5 km2 olan Varvara su anbarı inşa edildi. Su anbarının uzunluğu 13 km, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu isə 31 km-dir.
Su anbarının ixtiofaunası Varvara su anbarının ixtiofaunasının növ tərkibini və onların rastgəlmə intensivliyini nəzərdən keçirtsək burada 34 növ və yarımnöv, iki hibrid və bir forma (karp) balığının təftişi göstərmişdir ki, müasir dövrdə su anbarında Xəzər qızıl balığı, Kür xramulyası, zərdəpər, mursa, poru, qılınc balıq və Xəzər minoqası yoxdur.
Varvara su anbarında hazırda 26 növ və yarımnöv, iki hibrid və bir forma, balıq vardır. Bu balıqların içərsində çoxsaylılar – durna balığı, külmə, həşəm, Zaqafqaziya gümüşçəsi, çapaq, naxa, sıf, daban balığı, Kür gümüşçəsi; orta saylılar- kür şəmayısı, qambuziya, Kür xulu, Qafqaz xulu, çəki, karp; azsaylılar – Kür qumlaqçısı, Kür altağızı, lil balığı, qızılüzgəc, Qafqaz enlibaşı; seyrək rast gələnlər qıjovçu, qızılı ilişkən, hibrid-külmə çapaq və hibrid- külmə altağız ayırd edilir. Aparılmış son tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, külmə vətəgə əhəmiyyətli balıqlar arasında say dinamikasına görə birinci yeri tutur (34,5%), sonrakı yeri 25,5 %- lə çapaq tutur. 15,5%-lə həşəm, üçüncü, 10,7%- lə çəki dördüncü yeri tutur. Axırıncı yerləri sıf balığı 8,9% və durna balığı 4,8% tutur. Su anbarında bitkilərin (xüsusilə qamış) həddən artıq çoxalması və inkişafı, yırtıcı balıqların digər vətəgə əhəmiyyətli balıqları və onların körpələrini ovlanma imkanını artırır.
Həmçinin bax Mingəçevir Su Elektrik Stansiyası Mingəçevir su anbarı Varvara su anbarı Kür çayı Yevlax rayonu
İstinadlar
Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Yevlax