Mingəçevir şəhər Uşaq-Gənclər İdman Məktəbi (UGİM) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman təhsili müəssisəsi.
Tarixi və fəaliyyəti Mingəçevir şəhər Uşaq-Gənclər İdman Məktəbi 1982-ci ildə yaradılmışdır. Məktəbdə 7 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bu növlərə Futbol, Cüdo, Yunan-Roma güləşi və Sərbəst güləş, Boks, Həndbol və Akademik avarçəkmə daxildir.
Hazırda idman məktəbində 453 idmançı şagird təhsil alır və onlara 20 məşqçi-müəllim idman növlərinin sirlərini öyrədir.
Rəhbərlik Məktəbin direktoru Rövşən Cəmaləddin oğlu Əhmədov futbol idman növü üzrə Beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisidir. Dərs hissə müdiri Rakif Hüseynov isə Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisidir.
Tanınmış yetirmələri Məktəbin fəaliyyəti dövründə burada yetişən idmançılardan Dünya, Avropa çempionatlarının və Olimpiya Oyunlarının mükafatçıları, həmçinin müxtəlif idman növləri üzrə Azərbaycan milli yığma komandalarının üzvləri çıxmışdır. Onların arasında aşağıdakı şəxslər var:
Vüqar Ələkbərov — Boks üzrə 2000 Sidney Olimpiadasının bürünc mükafatçısı Pərviz Bağırov — Boksçu, I Avropa Oyunlarının qalibi Elşad Quluyev — Boksçu Abbasəli Məmmədli — Boksçu Əli Ruşanov — Boksçu Əlağa Səfərov — Samboçu Ruslan Rüstəmov — Samboçu Ayaz Umudəliyev — Samboçu Səid Zingirov — Samboçu Elşən İsmayılov — Samboçu Elgün Səfərov — Cüdoçu Rüstəm Əliyev — Yunan-roma güləşçisi Nurlan Paşayev — Akademik avarçəkən Zaur Qarayev — Futbolçu Mehman Alşanov — Futbolçu Ramiz Məmmədov — Futbolçu və məşqçi İsmayıl Zamanov - Cüdo Ədəhim Niftəliyev — Futbolçu Qosmət Alıyev — Futbolçu
Məşqçi-müəllim heyəti Məktəbin fəaliyyətində və idmançıların yetişməsində Azərbaycanın Əməkdar məşqçiləri və Fəxri idman işçilərinin böyük əməyi olmuşdur:
Rəşid Məmmədov — Boks Çamiaşvili Givi Georgiyeviç — Sambo Fazil Məmmədov — Akademik avarçəkmə Ənvər Nəsibov — Futbol Ruslan Nəsibov — Futbol Telman Bəkirov — Futbol Azər Allahverdiyev — Yunan-Roma güləşi Xəzər Allahverdiyev — Yunan-Roma güləşi Atəş Məmmədov - Həndbol üzrə əməkdar məşqçi.
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı