Qeorqi Mixailoviç Romanov (; ) — Rus çarı I Nikolayın nəvəsi, böyük knyaz.
1863-cü ildə Ağbulaq şəhərində dünyaya gəldi. Atası böyük knyaz Mixail Nikolayeviç çar I Nikolayın oğlu, anası Sesilya isə Böyük Baden hersoqu I Leopoldun qızı idi.
30 aprel 1900-cü ildə Korfuda Yunanıstan kralı I Georqun qızı Şahzadə Mariya ilə evləndi. Üstəlik seçilən gəlin namizədi əmisi Konstantin Nikolayeviçin nəvəsi idi. Sankt-Peterburqda yaşayan cütlüyün bu nigahdan 2 qız övladı doğuldu.
Nina Qeorqiyevna (1901-1974) Kseniya Qeorqiyevna (1903-1965)
Birinci Dünya müharibəsi illərində çar II Nikolayın xidmətində idi. Cəbhəyə əsgər toplamaqla vəzifələndirildi. Digər yandan 1915-1916-cı illərdə xüsusi tapşırıqla Yaponiyaya rəsmi səfərə yollandı. Fevral inqilabının ardından ordudan uzaqlaşdırıldı və 21 mart 1917-ci ildə bütün hərbi rütbələrindən məhrum edildi. II Nikolayın taxtdan imtina etməsinin ardından Finlandiyaya getmək üçün xüsusi icazə alsa da, 1918-ci ilin aprelində bolşeviklər tərəfindən Helsinkidə saxlanıldı.
27 yanvar 1919-cu ildə saxlanıldığı Pyotr və Pavel qalasında böyük knyazlar Nikolay Mixailoviç, Pavel Aleksandroviç və Dmitriy Konstantinoviçlə birlikdə güllələndi.
Mənbə
Ədəbiyyat
Alexander, Grand Duke of Russia. Once a Grand Duke. Cassell, London, 1932, ASIN: B000J3ZFL2 Chavchavadze, David. The Grand Dukes, Atlantic, 1989, Cockfield, Jamie H. White Crow: The Life and Times of the Grand Duke Nicholas Mikhailovich Romanov 1859–1919. Praeger, 2002, Marie Georgievna, Grand Duchess of Russia. A Romanov Diary: the Autobiography of the Grand Duchess Marie Georgievna of Russia. Gilbert's Books, 2012.
İstinadlar