Rumıniyalı Sofiya (; ) — Rumıniya kralı I Mixayın qızı, fotoqraf.
Həyatı 29 oktyabr 1957-ci ildə Afinadakı Tatoy sarayında dünyaya gədi. Atası sürgündəki Rumıniya kralı I Mixay, anası isə son Parma hersoqu I Robertin nəvəsi Kraliça Annadır. Uşaqlıq illəri ata-nənəsi Kraliça Helenin Fyezoledəki villasında və ana-nənəsi Danimarkalı Marqaritanın Kopenhagendəki mülklərində keçdi. İlk təhsilini də məhz ata-nənəsi Kraliça Helenin yanında aldı. Ardından İsveçrəyə döndü və burada bacısı Marqarita ilə birlikdə təhsilini davam etdirdi.
Ardından Şimali Karolina Universitetində fotoqrafiya, Vaşinqtondakı Korkoran Universitetində qrafik dizayn üzrə təhsil aldı. Uzun illər fotoqraf kimi çalışdı və dünyanın fərqli yerlərində sərgiləri açıldı. Rumıniya inqilabının ardından İsveçrədə yaşayan ailəsinin yanında qayıtdı. Burada atası I Mixay və bacısı Marqarita ilə birlikdə ailə, eləcə də miras məsələləriyə məşğul oldular. 1990-cı ilin yanvarında bacısı Marqarita ilə birlikdə Rumıniyaya ilk rəsmi səfərini etdi.
1998-ci ildə fransız əsilli Aleyn Birnekslə evləndi. Bu nigahdan cütlüyün bir qızı doğulsa da, 2002-ci ildə boşandılar.
Yelizaveta-Mariya Birneks (15 avqust 1999-)
Boşandıqdan sonra uzun illər Fransada yaşayan Şahzadə Sofiya və qızı 2018-ci ildən bəri daimi olaraq Rumıniyada yaşayır. Atasının 2017-ci ildəki vəfatından sonra böyük bacısı Şahzadə Marqarita ailə başçısı ünvanını aldı.
Mənbə
Ədəbiyyat
Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 279. ISBN 0-220-66222-3 de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. Le Petit Gotha. Nouvelle Imprimerie Laballery, Paris 2002, p. 769 (French) ISBN 2-9507974-3-1 King Carol II: A Life of my Grandfather. London: Methuen. 1988. ISBN 0413165701 Eilers, Marlene A. (1987). Queen Victoria's descendants. Baltimore: Genealogical Pub. Co. p. 189. ISBN 0-8063-1202-5
İstinadlar
Kateqoriya:Hohensollernlər