right|thumb|250x250px|E.ə. IV əsrə aid, Stafilosu (solda) Afina (sağda) ilə birlikdə təsvir edən mərmər relyef

Yunan mifologiyasında Stafilos (Στάφυλος) şərab tanrısı Dionis və Ariadnanın oğludur.Apollodor, 1.9.16 Apollonius Rodiliyə aid şərh, 3.997; Apollodor, E.1.9 Onun qardaşları arasında Enopion, Foas, Latramis, Evant, Tauropol,Apollonius Rodiliyə aid şərh, 3.997 Peparet və Fan var. Başqa bir mənbədə isə Stafilosun qardaşlarının Maron, Foas və Eunos olduğu bildirilir.Antakyalı Feofil, To Autolycus, 7

Mifologiya

Stafilos və qardaşı Fan Arqonavtlar arasında sayılırdı.Apollodor, 1.9.16

Radamantisin generallarından biri kimi Stafilos Şimali Sporad adaları silsiləsində yerləşən Skopelos adasında Peparetos koloniyasının əsasını qoymuşdur.Sikulus Diodor, 5.79.2 Stafilos Naksos adasında yaşamış və Krisotemida ilə evlənmişdir. Onların üç qızı olmuşdur:Rhoeo, (Rhoeo, Apollonun sevgilisi idi) Parthenos və Molpadia.Sikulus Diodor, 5.62.3

Sonuncu, Didimadakı orakula müraciət etmək üçün səfərə çıxmış Lirkos ilə Basiley adlı oğlun anası olmuşdur. Rəvayətə görə, Stafilos Lirkosu həddindən artıq şərab içməyə sövq etmiş və Lirkosun sərxoşluq səbəbindən düşünmə qabiliyyəti zəiflədikdən sonra onu Hemitea ilə birləşdirmişdir.Parfenius, 1 ; mənbələr — Nikaenetin Lirkos əsəri və Apollonius Rodilinin Kaunos əsəri;

XII əsrə aid Etymologicum Magnum lüğətində Stafilos üzümçülük sənətinin banisi hesab edilir.Brill's New Pauly, Staphylus (1); Etymologicum Magnum, 742.48.

Həmçinin bax Dionis Ariadna Arqonavtlar Üzümçülük

İstinadlar

Mənbələr Apollodor, The Library, Sir James George Frazerin ingiliscə tərcüməsi, 2 cild, Harvard University Press və William Heinemann Ltd., 1921. . Perseus Digital Library-də onlayn versiya. Eyni saytda yunan mətninin versiyası. Brill's New Pauly: Encyclopaedia of the Ancient World. Antiquity, 13-cü cild, Sas–Syl, redaktorlar Hubert Cancik və Helmuth Schneider, Leiden, Brill, 2008. . Sikulus Diodor, The Library of History, Charles Henry Oldfatherin tərcüməsi. 12 cild, Loeb Classical Library. Kembric, Massaçusets: Harvard University Press; London: William Heinemann Ltd., 1989. 3-cü cild, 4.59–8-ci kitablar. Bill Thayerin saytında onlayn versiya. Sikulus Diodor, Bibliotheca Historica, 1–2-ci cildlər, Immanuel Bekker, Ludwig Dindorf və Friedrich Vogel, Leipzig, B. G. Teubner, 1888–1890. Perseus Digital Library-də yunan mətni. Etymologicum Magnum, Thomas Gaisfordun redaktəsi ilə, Oksford, E. Typographeo Academico, 1848. Munich Digitization Center.

Kateqoriya:Arqonavtlar Kateqoriya:Yunan mifologiyası Kateqoriya:Mifoloji personajlar Kateqoriya:Üzümçülük