Aleksandr Nikolayeviç İsgəndər (; ) — Rusiya imperatoru I Nikolayın nəticəsi, Romanov-İsgəndər Knyazı.

Həyatı 15 noyabr 1887-ci ildə Daşkənddə dünyaya gəldi. Atası böyük knyaz Konstantin Romanovun oğlu Nikolay Konstantinoviç, anası isə Orenburq milis rəisinin qızı Nadejda Aleksandrovna Dreyerdir. 1911-ci ildə monarxial ailələrin övladlarıyla birlikdə təhsil aldığı Sankt-Peterburqdakı Aleksandr liseyindən məzun oldu. 1915-ci ildə könüllü olaraq Birinci Dünya müharibəsinə qatıldı. Ağır yaralandı və müalicə aldığı Evpatoriya əsir düşərgəsində bolşeviklər tərəfindən əsir alındı. Müharibənin bitməsindən sonra 1918-ci ilin aprelində Daşkəndə döndü.

Döndükdən sonra yenicə vəfat edən atasının Daşkənddəki malikanəsində yaşamağa başladı. Daha sonra saray hökumət tərəfindən müsadirə edildi. Dövlət məmuru kimi çalışmağa başladı və 1919-cu ilin yanvarınadək burada çalışdı. Bu tarixdə çıxan üsyana qatıldı və üsyanın yatırılmasının ardından partizan birliklərinin qurulmasında rol oynadı. Fərqanə vadisini keçərək bölgədəki bolşeviklərə qarşı silahlı mübarizə aparan Aleksandr Nikolayeviç Buxara əmirliyinə sığındı.

Ancaq bolşeviklərin qəti qələbəsinin ardından 1920-ci ilin ortalarında sürgünə getməyə məcbur oldu. Bibisi dul Yunanıstan kraliçası Olqa Konstantinovnanın dəvətiylə bir müddət Afinada yaşadı. Ardından Fransada məskunlaşdı və burada taksi sürücüsü, aşpaz, gecə gözətçisi kimi işlərdə çalışdı.

Romanov sülaləsinin başçısı Kiril Vladimiroviç Romanov tərəfindən ona və onun şəcərəsindən gələnlərə 1924-cü ildə Romanov-İsgəndər Knyazı () ünvanı verildi.

26 yanvar 1957-ci ildə Qrasda vəfat etdi.

Ailəsi 1912-ci ildə Olqa İosifovna Roqovskaya (1893-1962) ilə evləndi. Nə vaxt boşandıqları bilinmir. Cütlüyün 2 övladı doğulsa da, onlar 1924-cü ildə ögey ataları Nikolay Androsovun soyadını qəbul etdilər.

Kiril Nikolayeviç Androsov (1914-1992) Nataliya Nikolayevna Androsova (1917-1999)

11 oktyabr 1930-cu ildə Parisdə Nataliya Konstantinovna Xanıkova (1893-1982) ilə evləndi.

Mənbə

Ədəbiyyat

Князь Михаил Греческий. В семье не без урода: Биография Великого князя Николая Константиновича / перевод: Елена Кассирова. — М.: Захаров, 2002. — 272 с. — ISBN 5-8159-0263-2

İstinadlar