Manuil Komnenos (; ) — Bizans imperatoru I Andronikin oğlu.

Atasının əmisi oğlu imperator I Manuilin səltənətində slavyan knyazlıqlarında və Qüds krallığında diplomatik nümayəndə kimi xidmət etdi. Atasının ilk həbs edildiyi illərdə onun qaçmasına kömək etdi.

1180-ci ildə Gürcü çarı III Qriqorinin qızı və çariça Tamaranın bacısı Rusudan ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı oldu.

I Aleksey (1182-1222) David Komnenos (1184-1212)

İmperator I Manuilin vəfatı və 11 yaşlı II Alekseyin taxta çıxmasından sonra yeni qurulan naiblər icmasına qarşı çıxdı və bu səbəblə həsb olundu. Atasının Konstantinopola hücumu əsnasında 1182-ci ilin aprelində azadlığa çıxdı. Ancaq atasının taxta çıxmasından sonra müxalifətçilərlə birləşdi. Bu səbəblə, böyük oğul olmasına baxmayaraq imperatorun varisi seçilmədi və onun əvəzinə kiçik qardaşı İohann ortaq monarx elan olundu. Müxalifətçiləri dəstəkləməsinə baxmayaraq, atasının devrilməsindən sonra taxta çıxan yeni imperator II İshaq tərəfindən kor edildi. Qalan həyatı bilinmir. Aleksey və David adlı 2 oğlu isə Gürcüstana qaçırıldı. Gələcəkdə qurulan Trabzon imperiyası 1461-ci ildəki süqutuna qədər Manuil Komnenosun törəmələri tərəfindən idarə olundu.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Sevastokratorlar