Teodora Dukayna Komnini Paleoloqina (; ) — Bizans imperatoru VIII Mixail Paleoloqun xanımı, imperatriça.

Təxminən 1240-cı ildə dünyaya gəldi. Atası İohann Dukas Nikeya imperatoru III Duka İoann Vatasın qardaşı İsak Dukas Vatatzesin oğlu, anası Yevdokiya Angelina isə saray əyanı İohann Angelosun qızıdır. Valideynlərini gənc yaşda itirdiyi üçün atasının əmisioğlu olan imperator III Duka İoann Vatasın himayəsində böyüdü. Himayədarı onu 1253-cü ildə qohumluq əlaqələri və artan hərbi nüfuzu ilə önə çıxan Mixail Paleoloqla evləndirdi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

Manuil Paleoloq (1255-1259`dan öncə) İrina Paleoloqina (1256-1328`dən öncə) II Andronik Paleoloq (1259-1332) Anna Paleoloqina (1260-1300) Konstantin Paleoloq (1261-1306) Teodora Paleoloqina Teodor Paleoloq (1263-1310) Yevdokiya Paleoloqina (1265-1302)

Nəhayət, 1259-cu ilin əvvəlində əri Mixail Paleoloq özünü Nikeyanın ortaq imperatoru elan etdi. Beləcə, Teodora Paleoloqina imperatriça ünvanı aldı.

Ərinin 1261-ci ildə Konstantinopolu ələ keçirməsinin ardından 15 avqustda Teodora Paleoloqina övladlarıyla birgə paytaxta köçdü. Sentyabr ayında Ayasofiyada tacqoyma mərasimi keçirildi və Teodora Paleoloqina bu dəfə Bizans imperatriçası ünvanı aldı. Ərinin hakimiyyəti illərində siyasi həyata müdaxilədən çəkindi və yalnız gözdən düşmüş bəzi saray əyanlarının bağışlanması üçün imperatora məktublar yazdığı bilinir.

Ərinin 1282-ci ildəki vəfatının ardından böyük oğlu II Andronik taxta çıxdı. Teodora Paleoloqina isə xeyriyyəçiliklə məşğul oldu və bəzi monastırların, məsələn Lips monastırının (indiki Fənari İsa Məscidi) bərpasını maliyyələşdirdi.

Qısa bir xəstəliyin ardından, 4 mart 1304-cü ildə Konstantinopolda vəfat etdi. Oğlu II Andronik onun üçün görkəmli bir cənazə mərasimi tərtib etdi.

Mənbə

Ədəbiyyat

Geanakoplos, Deno John (1959). Emperor Michael Palaeologus and the West, 1258–1282: A Study in Byzantine-Latin Relations. Cambridge, Massachusetts: Harvard University Press Nicol, Donald M. (1993) . The Last Centuries of Byzantium, 1261–1453 (Second ed.). Cambridge: Cambridge University Press. ISBN 978-0-521-43991-6 Trapp, Erich; Beyer, Hans-Veit; Walther, Rainer; Sturm-Schnabl, Katja; Kislinger, Ewald; Leontiadis, Ioannis; Kaplaneres, Sokrates (1976–1996). Prosopographisches Lexikon der Palaiologenzeit (in German). Vienna: Verlag der Österreichischen Akademie der Wissenschaften. ISBN 3-7001-3003-1

İstinadlar