Danimarkalı Doroteya (; ; ) — Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Fridrixin qızı, Prussiya hersoginyası.
1504-cü ildə Şlezviqdəki Qottorp qəsrində dünyaya gəldi. Atası Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Conun kiçik qardaşı Şahzadə Fridrix, anası isə Brandenburq kürfürstü Con Siseronun qızı Brandenburqlu Annadır. 1513-cü ildə əmisi I Con, 1514-cü ildə isə anası hersoginya Anna vəfat etdi. 4 il sonra atası yenidən evləndi və bu evlilikdən onun 6 bacı-qardaşı dünyaya gəldi.
1523-cü ildə əmisi oğlu II Kristianın taxtdan endirilməsinin ardından ailənin yaşca ən böyük kişi üzvü olan atası I Fridrix adıyla taxta çıxdı. Atasının taxta çıxmasının ardından dərhal evlilik müzakirələri başladı. İlk namizəd İngiltərə kralı VIII Henri Tüdorun uzaq qohumu və Yorklu Riçardın nəvəsi Riçard de la Pol oldu. Fransa kralı I Fransisk tərəfindən də dəstəklənən bu evlilik təklifi uğursuz nəticələndi.
1525-ci ildə Prussiya hersoqu Albrextlə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1526-cı ildə baş tutdu və havaların isinməsi ilə iyun ayında Köniqsberqə yola düşdü. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi..
Anna Sofiya (1527-1591) Yekaterina (1528-1528) Fridrix Albrext (1529-1530) Lusiya Doroteya (1531-1532) Lusiya (1537-1539) Albrext (1539-1539)
Lüteran məzhəbinə mənsub idi və protestant kilsəsinin ən güclü dəstəkçisi idi. 1547-ci ildə Köniqsberqdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Robert Albinus: Königsberg-Lexikon. Stadt und Umgebung. Flechsig, Würzburg 2002, ISBN 3-88189-441-1 Toni Saring: Dorothea. In: Neue Deutsche Biographie. (NDB). Band 4. Duncker & Humblot, Berlin 1959, ISBN 3-428-00185-0
İstinadlar Kateqoriya:Hohensollernlər