Danimarkalı Anna (; ; ) — Danimarka və Norveç kralı III Kristianın qızı, Saksoniya kürfürstü.
1532-ci ildə Xaderslevdəki ailə mülklərində dünyaya gəldi. Atası Danimarka və Norveç kralı I Fridrixin oğlu və varisi vəliəhd-şahzadə Kristian, anası isə Saks-Launberq hersoqu I Maqnusun qızı Şahzadə Doroteyadır. 1537-ci ildə Norveçdə protestantlığın rəsmi din seçilməsi səbəbilə, lüteran məzhəbinə uyğun təlim-tərbiyə edildi.
1548-ci ilin martında Saksoniya kürfürstü Maurisin kiçik qardaşı və varisi vəliəhd-şahzadə Avqustla nişanlandı. Cütlüyün toy mərasimi 1548-ci ilin oktyabrında Torqauda baş tutdu. Bu nigahdan 15 övladı doğulsa da, bunlardan yalnız dördü yetkinlik yaşına çatdı.
Con Henri (1550-1550) Elyanora (1551-1553) Yelizaveta (1552-1590) Aleksandr (1554-1565) Maqnus (1555-1558) İoaxim (1557-1557) Hektor (1558-1560) I Kristian (1560-1591) Mariya (1562-1566) Doroteya (1563-1587) Amaliya (1565-1565) Anna (1567-1613) Avqust (1569-1570) Adolf (1571-1572) Frederik (1575-1577)
Ərinin kürfürst olmasının ardından 1553-cü ildən etibarən Drezdendə yaşadılar. Lüteranlığın ən güclü dəstəkçisi idi və 1574-1577-ci illərdə kalvinistlərə qarşı edilən zülmləri dəstəklədi.
Mənbə
Ədəbiyyat
. . . . . . . . . . . . .
İstinadlar