II Sanço () və ya Güclü Sanço (; ) — Kastiliya, Qalisiya və Leon kralı.

Təxminən 1036-cı ildə Samorada Leon kralı I Ferdinandın ilk oğlu kimi dünyaya gəldi. Atasının ölümündən sonra 1065-ci ildə qardaşlarıyla birlikdə ata mülkünü böldülər. Belə ki, Kastiliya taxt-tacını II Sanço, Leon taxt-tacını VI Alfonso, Qalisiya taxt-tacını isə II Qarsiya miras aldı.

1071-ci ildə qardaşı VI Alfonso ilə əlbir olub kiçik qardaşı II Qarsiyanı mülkündən qovdular və Qalisiya bölgəsini işğal etdilər. Ancaq çox keçmədən bu qardaşıyla da münasibətləri pisləşdi. Rodriqo Diaz de Vivarın yardımıyla qardaşını məğlub etdi və 12 yanvar 1072-ci ildə Leon taxt-tacını da ələ keçirdi.

Ancaq bir neçə ay sonra Samoralı bir zadəgan tərəfindən öz hərbi düşərgəsində sui-qəsdlə qətlə yetirildi. Geridə varisi olmadığı üçün ələ keçirdiyi hər 3 taxt-tac sürgünə məsbur etdiyi kiçik qardaşı VI Alfonsoya miras qaldı.

Mənbə

Ədəbiyyat

Medieval Iberia: An Encyclopedia: An Encyclopedia, ed. E. Michael Gerli, Routledge, 2003. Milo Kearney and Manuel Medrano, Medieval Culture and the Mexican American Borderlands, Texas A&M University Press, 2001. Bernard F. Reilly, 1988. The Kingdom of León-Castilla under King Alfonso VI, 1065–1109. Princeton: Princeton University Press. Bernard F. Reilly, The Contest of Christian and Muslim Spain, 1031-1157, Blackwell Publishing Ltd., 1995. Jaime de Salazar y Acha, 1992–1993. "Contribución al estudio del reinado de Alfonso VI de Castilla: algunas aclaraciones sobre su política matrimonial", Anales de la Real Academia Matritense de Heráldica y Genealogía, vol. 2, pp. 299–336.

İstinadlar