thumb|Fotogəzinti iştirakçıları Fotogəzinti — fotoqrafiya həvəskarlarının bir qrup halında kamera ilə gəzərək, əsasən maraq doğuran obyektlərin və mənzərələrin şəkillərini çəkmək məqsədilə keçirdikləri birgə fəaliyyət.

Bu fəaliyyət adətən kamera klubları tərəfindən təşkil olunur. Həmçinin Facebook və ya Twitter kimi onlayn forumlarda təcrübəli fotoqrafların rəhbərliyi ilə spontane qruplaşmalar şəklində keçirilə və bəzən kommersiya təşkilatlarının sponsorluğu ilə təşkil oluna bilər. Instagram-da icma inkişafı komandası fəaliyyət göstərdiyi dövrdə dünya üzrə "Worldwide Instameet" adı ilə qlobal fotogəzintiləri təşviq edirdi. Bu da fotogəzintilərin dünya üzrə daha geniş yayılmasına kömək etdi. COVID-19 pandemiyasından sonra bəzi fotoqraflar və bloqçular da öz icmaları daxilində virtual fotogəzintilər təşkil etməyə, dünyanın müxtəlif yerlərindəki şəxsi təcrübələrini paylaşmağa başladılar.

İstinadlar

Kateqoriya:Gəzinti Kateqoriya:Janrlarına görə fotoqrafiya