Meklenburq-Şverinli Vilyam (; ) — Böyük Meklenburq-Şverin hersoqu Pavel Fridrixin oğlu.

5 mart 1827-ci ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin nəvəsi və varisi vəliəhd-şahzadə Pavel Fridrix, anası isə Prussiya kralı III Fridrixin qızı Aleksandrinadır. Atasının 1837-ci ildə taxta çıxmasıyla taxt sıralamasına daxil edildi. Mükəmməl saray təlim-tərbiyəsi aldıqdan sonra 1840-cı ildə Drezdendə təhsil aldı.

1851-ci ildə vəfat edən atasının əmisi Şahzadə Qustav Vilhelmin ölümündən sonra onun şəxsi mülkü olan Villa Qustava malikanəsində yaşamağa başladı. Əyyaşlığı və əxlaqsız həyat tərzi səbəbilə bir neçə dəfə ordudan uzaqlaşdırıldı. Məşhur balerina Mariya Taqlioniyə evlilik təklifi etdi. Ancaq ailəsinin müdaxiləsiylə bu cütlük heç vaxt evlənmədi. Bunun yerinə 9 dekabr 1865-ci ildə dayısı qızı Şahzadə Aleksandrina ilə evləndirildi. Cütlük xoşbəxt deyildi və bu nigahdan yalnız bir qızları doğuldu.

Şarlotta (1868-1944)

1859-1864-cü illərdə Prussiya ordusunda xidmət etdi. General-mayor rütbəsilə 1866 Avstriya-Prussiya müharibəsinə, ardından isə 1870-1871 Fransa-Prussiya müharibələrinə qatıldı. Ardından yaralandı və cəbhədən uzaqlaşdı.

28 iyul 1879-cu ildə Heydelberqdə cərrahiyə əməliyyatından sonra vəfat etdi. Ölüm səbəb olaraq sepsis göstərilir.

Mənbə

Ədəbiyyat

Kurt von Priesdorff: Soldatisches Führertum. Band 7, Hanseatische Verlagsanstalt Hamburg, o. O. [Hamburg], o. J. , S. 407–408, Nr. 2365. René Wiese: Herzog Wilhelm zu Mecklenburg (1827–1879) - Kavalleriegeneral, Bankrotteur und Weltreisender wider Willen. In: Mecklenburgische Jahrbücher. Hrsg.: Verein für Mecklenburgische Geschichte u. Altertumskunde. Band 125, Schwerin 2010, S. 225–250. René Wiese/Kathleen Jandausch (Hrsg.): Schwestern im Geiste. Briefwechsel zwischen Großherzogin Alexandrine von Mecklenburg-Schwerin und Königin Elisabeth von Preußen. In: Quellen und Studien aus den Landesarchiven Mecklenburg-Vorpommerns. Band 23. Böhlau Verlag, Wien Köln Weimar 2021, ISBN 978-3-412-52224-7. S. 196–198, 440–443, 491–497 u. a. Bernd Kasten: Prinz Schnaps - Herzog Wilhelm von Mecklenburg (1827–1879). In: Ders.: Prinz Schnaps. Schwarze Schafe im mecklenburgischen Fürstenhaus. Rostock 2009. ISBN 3-356-01334-3. S. 12–18. Gustav von Glasenapp: Militärische Biographien des Offizier-Corps der Preussischen Armee. Berlin 1868, S. 185.

İstinadlar Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Meklenburq-Şverin sülaləsi