Fridrix Fransisk Mixail Vilhelm Nikolas Frans Jozef Ernst Avqust Hans (; ) — Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransiskin oğlu, vəliəhd-şahzadə.

22 aprel 1910-cu ildə Şverində dünyaya gəldi. Atası son Böyük Meklenburq-Şverin hersoqu IV Fridrix Fransisk, anası isə son Hannover kralı V Georqun nəvəsi Aleksandradır. Hələ 8 yaşında ikən atası taxt-tacını itirdi və ailəsiylə birlikdə sürgünə getməyə məcbur oldu. Lüdviqslustdakı bir məktəbdən 1929-cu ildə məzun oldu. 1930-1932-ci illərdə Münxendə hüquq təhsili aldı. Ardından atasının əmisi Adolf Fridrixin Afrika səyahətlərində iştirak etdi. Münxendə ikən tanış olduğu Henrix Himmler vasitəsilə nasistlərlə əlaqə qurdu.

1 may 1931-ci ildə atasının etirazına baxmayaraq, nasist partiyasının Mühafizə dəstələrinə qatıldı və 1936-cı ildə kapitan rütbəsinə yüksəldi. İkinci Dünya müharibəsi illərində Danimarkaya göndərildi və alman səfirinin şəxsi yardımçısı oldu. Ancaq işğal edilən ölkənin kraliçası olan bibisi Kraliça Aleksandrina ilə münasibətlərinin pozulması bu vəzifədə uğursuz olmasına səbəb oldu.

11 iyun 1941-ci ildə Karin Yelizaveta von Şaperlə evləndi. Bu evlilik səbəbilə 1943-cü ilin mayında bütün taxt hüquqlarından və ailə mirasından məhrum edildi. Cütlük 22 sentyabr 1967-ci ildə rəsmən boşansalar da, 27 aprel 1977-ci ildə Qlüksburqda yenidən evləndilər. Cütlüyün övladı olmadı.

İkinci Dünya müharibəsinin ardından Frankfurtda məmur kimi çalışmağa başladı. Ardından təqaüdə ayrıldı və Hamburqda rəsmlə məşğul olmağa başladı. Atasının 1945-ci ildə vəfatının ardından kiçik qardaşı Kristian Lüdovik onun mirasını təhvil aldı. Ancaq geridə başqa qardaşı və ya oğul varisi olmadığı üçün vaxtilə ata mirasından məhrum edilən Fridrix Fransisk Meklenburq-Şverin ailəsinin başçısı seçildi. Ölümünədək bu ünvanı daşıdı. 31 iyul 2001-ci ildə Hamburqda vəfat etdi. Ölümündən sonra Meklenburq-Şverin sülaləsinin kişi şəcərəsi sonlandı.

Mənbə

Ədəbiyyat

Bella Fromm: Friedrich Franz Erbgroßherzog von Mecklenburg. In: Als Hitler mir die Hand küßte. Berlin 1993, S. 319–320. ISBN 978-3-499-19766-6. Hans Friedrich von Ehrenkrook, Jürgen von Flotow: Genealogisches Handbuch der Fürstlichen Häuser, Band I, Band 1 der Gesamtreihe GHdA, C. A. Starke, Glücksburg/Ostsee 1951. S. 78–82. . Gothaisches Genealogisches Handbuch der Fürstlichen Häuser, Band III, Verlag des Deutschen Adelsarchivs, Marburg 2021. ISBN 978-3-9820762-2-5. Bernd Kasten: Prinz Schnaps. Schwarze Schafe im mecklenburgischen Fürstenhaus. Hinstorff Verlag, Rostock 2009, S. 102–107. ISBN 978-3-356-01334-4. Bernd Kasten, Matthias Manke, René Wiese: Die Großherzöge von Mecklenburg-Schwerin. Hinstorff Verlag, Rostock 2015, ISBN 978-3-356-01986-5. Bernd Kasten: Herren und Knechte: Gesellschaftlicher und politischer Wandel in Mecklenburg-Schwerin 1867–1945. Edition Temmen, Bremen 2011, S. 286. ISBN 978-3-8378-4014-8. Gerhard Keiper, Martin Kröger (Bearb.): Biographisches Handbuch des deutschen Auswärtigen Dienstes 1871–1945. Band 3: L–R. Schöningh, Paderborn 2008, S. 211–212. ISBN 978-3-506-71842-6. Christian Madaus: Erbgroßherzog Friedrich Franz von Mecklenburg gestorben. In: Mecklenburg, Band 43 (2001), S. 23. Christian Ludwig von Mecklenburg: Erzählungen aus meinem Leben. Stock & Stein, Schwerin 1998, ISBN 978-3-910179-75-2. Eckart Conze, Norbert Frei, Peter Hayes, Moshe Zimmermann: Das Amt und die Vergangenheit. Deutsche Diplomaten im Dritten Reich und in der Bundesrepublik. Blessing Verlag, München 2010, ISBN 978-3-89667-430-2. Ernst Klee: Das Kulturlexikon zum Dritten Reich. Wer war was vor und nach 1945. S. Fischer, Frankfurt am Main 2007, S. 400. ISBN 978-3-10-039326-5. Frank-Rutger Hausmann: Ernst-Wilhelm Bohle. Gauleiter im Dienst von Partei und Staat. (Zeitgeschichtliche Forschungen, Band 38). Duncker & Humblot, Berlin 2009, S. 143. ISBN 978-3-428-12862-4. Hermann Langer: Leben unterm Hakenkreuz: Alltag in Mecklenburg 1932–1945. Edition Temmen, Rostock 1996, S. 65. ISBN 978-3-86108-291-0. Jonathan Petropoulos: Royals and the Reich. Oxford University Press, New York 2008, ISBN 978-0-19-533927-7. Paul Bruppacher: Adolf Hitler und die Geschichte der NSDAP. Eine Chronik. Teil 1: 1889–1937. 3. überarbeitete und erweiterte Auflage, 2014, S. 239. ISBN 978-3-7322-6870-2.

İstinadlar Kateqoriya:Almaniya diplomatları Kateqoriya:Almaniya rəssamları Kateqoriya:Taxta çıxanmayan varislər