Badenli Maksimilyan Fridrix İohann Ernst (; ) — ilk Böyük Baden hersoqu Karl Fridrixin oğlu.

8 dekabr 1796-cı ildə Karlsruedə dünyaya gəldi. Atası Vahid Baden markqrafı Karl Fridrix, anası isə onun ikinci xanımı Qeyersberq baronası Luiza Karolinadır. Ancaq atasının bu ikinci evliliyi monarxial deyildi və bu səbəblə, doğulan övladları taxt mirasından məhrum edilmişdi. 4 oktyabr 1817-ci ildə ögey qardaşı oğlu I Karl tərəfindən verilən qərarla, doğma bacı-qardaşlarına Baden şahzadəsi ünvanı verildi və monarx ailəsinə qəbul edildilər.

16 mart 1813-cü ildə mayor rütbəsilə orduya qatıldı. İlk öncə fransızlarla birgə Prussiya ordusuna qarşı vuruşdu. Ancaq əsir düşdü və Berlində həbs olundu. Azadlığa çıxdıqdan sonra yenidən orduya qayıtsa da, aldığı ağır yaralar səbəbilə aktiv hərbi vəzifələrindən uzaqlaşdı.

6 mart 1882-ci ildə doğulduğu Karlsruedə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Maximilian Friedrich Johann Ernst, Prinz u. Markgraf. In: Friedrich von Weech (Hrsg.): Badische Biographien. Band 4, 1891, S. 4f. (Digitalisat) Kurt von Priesdorff: Soldatisches Führertum. Band 8, Hanseatische Verlagsanstalt Hamburg, o. O. [Hamburg], o. J. , S. 23–24, Nr. 2461.

İstinadlar

Kateqoriya:Almanlar