Vasif Ayan (tam adı: Vasif Asif oğlu İsmayılzadə; ) — Azərbaycan prodüseri, jurnalisti, mədəniyyət yazarı, kino araşdırmaçısı, publisisti, Azərbaycan Yazıçılar Birliyinin (2024) və Azərbaycan Jurnalistlər Birliyinin (2024) üzvü.
Həyatı
Vasif Ayan 22 sentyabr 1982-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Televiziya və kino fəaliyyəti
2005-ci ildən Space TV televiziyasında fəaliyyətə başlamışdır. Əvvəlcə efir prodüseri, 2006-cı ildən isə layihələr üzrə prodüser kimi çalışmışdır. Kanalda fəaliyyət göstərdiyi illərdə "Efir", "Mədəniyyət", "Eksperimental layihələr" və "Musiqi Departamenti" kimi şöbələrdə, eləcə də "Kiçik qala", "Bizim məşhur qonaq", "Ritm varsa, həyat var" və "Hər səhər" kimi verilişlərdə çalışmışdır. 2011-ci ildən etibarən Space TV ilə yanaşı ATV, İctimai TV, Mədəniyyət TV, Lider TV, ANS TV (Bakı-Film), ARB TV, Xəzər TV və Tibb TV kimi kanallarla müxtəlif layihələrdə əməkdaşlıq etmişdir. 2011–2012-ci illərdə "Tibb TV" internet kanalında müəllif verilişləri hazırlamışdır. 2013–2015-ci illərdə "Kaspi-Qlobal" prodakşında ATV və İTV kanalları üçün "Alma almaya bənzər" və "Evakuator Şou" proqramlarının prodüseri olmuşdur. 2017-ci ildə Lider TV üçün "TOR" tok-şousunun icraçı prodüseri kimi çalışmışdır. 2018–2020-ci illərdə "İş Media" prodakşın tərkibində ARB üçün "Faydalı saat" və ATV üçün "Mənim süfrəm" verilişlərini hazırlamışdır. 2020-2021-ci illərdə Xəzər TV üçün "Dönə bilsəm" verilişini hazırlamışdır.
2012-ci ildən etibarən qızının adından istifadə edərək mətbuatda və efirdə "Vasif Ayan" təxəllüsü ilə fəaliyyət göstərir.
2020-ci ildə müəllifi olduğu "Şəxsi əşyalar" layihəsinin çəkilişlərinə başlamışdır. Müntəzəm olaraq davam edən bu verilişdə Anar, Rasim Balayev, Vaqif Mustafayev, Ramiz Həsənoğlu, Cəmil Quliyev, Hacı İsmayılov, Vidadi Həsənov, İlham Namiq Kamal, Əbdül Mahmudov, Rafiq Əzimov, Ənvər Həsənov, Valeh Kərimov, Cahangir Novruzov, Cahangir Mehdiyev, Rafiq Həşimov, Azad Şükürov, Əhməd Salahov, Mirsadıq Ağazadə, Aydın Kazımzadə, Xalidə Quliyeva, Fuad Axundov, Ayşad Məmmədov, Yasin Qarayev, Qulu Ağsəs, Leyla Şıxlinskaya və Seyran Səxavət kimi tanınmış mədəniyyət, incəsənət və ictimai xadimlərin həyatı və şəxsi əşyaları haqqında verilişlər ərsəyə gətirilmişdir.
Aktyor kimi 2011-ci ildə "Səməni macərası" televiziya filmində baş rolda çıxış etmiş, 2016-cı ildə isə "Azərbaycanfilm" istehsalı olan "Köşk" və "Sara" bədii filmlərində epizodik rollar almışdır.
Mətbuat və publisistika 2010-cu ildən etibarən "Lent.az", "Milli.az", "Kulis.az", "Ədalət.az", "Manera.az", "Ədəbiyyat qəzeti" və "Statistika.az" kimi portallarda publisistik yazıları, esseləri, film araşdırmaları, eləcə də Yaşar Nuri, Yalçın Rzazadə və Şəfiqə Məmmədova kimi tanınmış sənətkarlarla müsahibələri dərc olunur.
2024-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
20 iyul 2026-cı ildə Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən "teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə" Vasif Ayan "Fəxri Fərman"la təltif olunmuşdur.
Kitabları
"Ənvər Həsənovun xatirələri" (2023) "Ənvər Həsənova vida" (2025) "Hacı İsmayılovun xatirələri" (2026)
İstinadlar
Xarici keçidlər
"Şəxsi əşyalar" layihəsi, YouTube Famous young director Vasif Ayan’s meeting with students
Kateqoriya:Azərbaycan prodüserləri