Badenli Karolina Frederika Vilhelmina (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, Bavariya kraliçası.

13 iyul 1776-cı ildə əkiz bacısı Amaliya Kristina ilə birgə Karlsruedə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır.

9 mart 1797-ci ildə Çvaybrükgen vəliəhdi Maksimilyanla evləndi. Bu onun ikinci evliliyi idi və vəliəhdin ilk evliliyindən doğulan 4 övladı vardı. Üstəlik, vəliəhdin ilk xanımı Karolinanın əmisi qızı idi. Cütlüyün 8 övladı doğuldu.

Ölü doğulan oğlan uşağı (5 sentyabr 1799) Maksimilyan Jozef Karl (1800-1803) Yelizaveta Lüdovika (1801-1873) Amaliya Avqusta (1801-1877) Mariya Anna (1805-1877) Sofiya Frederika (1805-1872) Lüdovika Vilhelmina (1808-1892) Maksimilyana Jozefina (1810-1821)

Əri Maksimilyan 1799-cu ildə kürfürst, 1806-cı ildə isə Bavariya kralı ünvanı aldı. Beləcə, Karolina kraliça ünvanı qazandı. Katolik məzhəbli ölkədə öz protestant inancını qorumağına icazə verildi.

Ərinin 1825-ci ildə vəfatından sonra onun ilk evliliyindən doğulan oğlu I Lüdviq taxta çıxdı.

Badenli Karolina 13 noyabr 1841-ci ildə Münxendə vəfat etdi. Protestant olması səbəbilə, cənazə mərasimi sadə keçirildi. Cənazəsi Teatin kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

Ernst Gillmann: Ludwig Friedrich Schmidt (1764-1857). Der „Kabinettsprediger“ der bayerischen Königin – seine frühen Lehrjahre im Birkenfelder Land, in: Monatshefte für Evangelische Kirchengeschichte des Rheinlandes 53 (2004) 519–530. Martha Schad: Bayerns Königinnen, Piper Verlag, 2004. Christian Sepp: Caroline, Bayerns erste Königin, eine Biografie auf Grundlage verloren geglaubter Briefe. Allitera Verlag, München 2025, ISBN 978-3-96233-474-1. Christian Sepp: Eine Königin zum Verlieben. Zum 250. Geburtstag: Caroline von Bayern und ihre Tegernseer Sommer. In: Tegernseer Tal, Nr. 185 zum Sommer 2026, S. 8–12, mit 7 Abbildungen.

İstinadlar

Kateqoriya:Bavariya kraliçaları Kateqoriya:Əkiz insanlar Kateqoriya:Vittelsbax sülaləsi