Badenli Lüdovika Amaliya Stefaniya (; ) — Böyük Baden hersoqu I Karlın qızı, Vaza şahzadəsi.
5 iyun 1811-ci ildə dünyaya gəldi. Atası Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi vəliəhd-şahzadə Karl, anası isə Napoleon Bonapartın övladlıq qızı Stefaniya de Boharnedir. Hələ 5 günlük ikən atası taxta çıxdı.
9 noyabr 1830-cu ildə Karlsruedə İsveç kralı IV Qustav Adolfun oğlu vəliəhd-şahzadə Qustavla evləndirildi. Üstəlik seçilən bəy namizədi onun bibisi oğlu idi. Cütlük xoşbəxt olmadı və bu nigahdan 2 övladı doğuldu.
Lüdovik (1832), doğumdan 4 gün sonra vəfat etdi. Karola (1833-1907)
Cütlük 1843-cü ildə rəsmi boşanmaya qədər Vyanadakı Şönbrunn sarayında yaşadı. 19 iyul 1854-cü ildə indiki Çexiyanın Brno şəhərində vəfat etdi.
Mənbə
Ədəbiyyat
Bergamini, John. The Tragic Dynasty: A History of The Romanovs. Konecky&Konecky. ISBN 1-56852-160-X Lincoln, W. Bruce. The Romanovs: Autocrats of All the Russias. Anchor. ISBN 0-385-27908-6 Rey, Marie-Pierre. Alexander I: The Tsar Who Defeated Napoleon. Northern Illinois University Press. ISBN 0875804667 Troyat, Henri. Alexander of Russia. E.P Dutton, Inc. ISBN 0-525-24144-2 Troyat, Henri. Catherine the Great. Plume. ISBN 0-452-01120-5
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:İsveç şahzadələri Kateqoriya:Qadın şahzadələr Kateqoriya:Stokholm şəxsləri