Şeyx Qulam Hüseyn Türk Təbrizi (farsca: غلامحسین تبریزی) 1265-1980) Güney Azərbaycan əsilli şiə ruhanisi.

Hacı Şeyx Məhəmməd Təqi Müctəhidzadə (Abdxodayi), Məhəmməd Mehdi Abdxodayi və Mohammad Hadı Abdxodayi onun övladlarıdır.

Erkən həyatı "Şeyx Qulam Hüseyn Türk" kimi tanınan Qulam Hüseyn Təbrizi 1924-cü ildə Şəbistər şhristanlığının Vayqan şəhərində dindar ailədsinə doğulub. O, Təbrizdəki Tələbiyyə məktəbində təhsil alıb.خاطرات محمدمهدی عبدخدایی، انتشارات مرکز اسناد انقلاب اسلامی، ص ۲۷. Bu dövrdə Şeyx Məhəmməd Xiyabani onun otaq yoldaşı, Seyid Əhməd Kəsrəvi isə onun müasir tələbəsi olub. Orta təhsilini başa vurduqdan sonra Q.Təbrizi təhsilini davam etdirmək üçün Nəcəf Seminariyasına daxil olaraq, oradakı professorların, o cümlədən aşağıdakıların dərslərindən faydalanıb:

Axund Xorasani; Seyid Məhəmməd Kazım Yəzdi; Məhəmmədhüseyn Ğərəvi İsfahani; Şəriət İsfahani; Mirzə Əbülhəsən Ənci.

Əmək fəaliyyəti

Ateizmə qarşı mübarizə Kommunist ideyalarına qarşı çıxmaq üçün o, xalq və gənclər arasında Quran təfsiri və mühazirələr təşkil edib. Məhəmməd Mehdi Abdxodayi deyir: "O, ilk dəfə Təbrizdə türklərin «sirə» adlandırdığı Quran təfsiri məclislərini dəbə salıb".

1964-cü ildə o, Təbriz xalqını xarici agentlər və qərbli ziyalılar hesab etdiyi şəxslərin mənfi təbliğatına qarşı gücləndirmək üçün Dini Cəmiyyət yaradıb, həmçinin "Dini Qeydlər" adlı yazı çap etdirərək, İranın müxtəlif şəhərlərinə göndərib. Həmin yazının mətni İran Parlamentinin Kitabxana, Muzey və Sənədlər Mərkəzi veb saytının "köhnə mətbuat" bölməsinə yüklənib.

Təbrizi xristian missioner və təbliğatçılarının göndərilməsini İrana qarşı əcnəbi -qəsdi və siyasəti hesab edib. Beynəlxalq missionerlərin missiya siyasəti ilə bağlı o, müqəddəs Anatolikin xütbəsindən sitat gətirib:

Məsihçi təbliğatçılarının öhdəsinə düşən ən mühüm məsələlər aşağıdakı nüansların tətbiq edilməsidir:

Giriş xarakterli kitabların islam ölkələrində dərc olunaraq, paylanmsı; Müsəlmanların onların xidmətlərə ehtiyacı olduğu üçün tibb mərkəzləri açmaq yolu ilə onların dəvət edilməsi. Məktəblərin təsis edilməsi vasitəsilə tərbiyəvi və mənəvi fəaliyyətlərin həyata keçirilməsi. Qadın din xadimlərinin (rahibələrin) müsəlmanların evlərinə baş çəkmələri.

Govhərşad məscidinin üsyanı 17 yanvar 1935-ci ildə Rza Şah rəsmi olaraq pərdənin açıldığını elan edərkən o, Məşhədə idi, çünki o, Təbriz xalq və ruhanilərinin üsyanından sonra Məşhədə sürgün edilıb və orada qalıb.همان، ص ۵۷. O, Govhərşad məscidinin gecə otaqlarından birində camaat namazına imamlıq edib. Sina Vahid adlı bir şəxs, öz adı da daxil olmaqla, Gövhərşad məscidində xalqın qiyamında iştirak edən 31 alimin adını çəkib. Məhərrəm ayının 12-si, bazar günü səhər saatlarından, yəni 1314/10/17 (08.01.1936) tarixində Gövhərşad məscidində baş verən qanlı faciədən bir neçə saat sonra ruhanilərin həbsinə başlanılıb, çoxlu sayda insan həbs edilib, bir hissəsi isə gizlənərək sonradan İranı tərk edib.

İslam dindarları ilə əlaqə Məşhəddə Qulamhüseyn Təbrizinin rəhbərlik etdiyi İslam Fədailərinin bir qolu yaradılıb. O, bu icma üzvlərinin xahişi ilə "Xodaparasti" jurnalını sadə dildə nəşr edir və Məhəmməd Tağı Şəriəti, Mehzab, Sudi və bir neçə idarəetmə və təhsil işçisinin xahişi ilə, cümə axşamları Quranın şərhi dərsini deyib.مجله نگاه حوزه، ش ۲۱ و ۲۲، سال دوم، آذر و دی ۱۳۷۵، ص ۸. Dövlət və əyalət məclisləri zamanı o, Seyid Ruhullah Xomeyninin hərəkatını dəstəkləyən məktub və teleqramlar göndərib.

İranda İslam İnqilabının qələbəsi ərəfəsində o, İslam hökumətinin qurulmasının vacibliyi barədə bəyanat verib. Q.Təbrizi cümə namazını vacib hesab edib; buna görə də o 1949-cu ildən 1980-ci ilin əvvəllərinə qədər Gövərşad məscidində cümə namazına rəhbərlik etmişdir.

Tədris O, Təbriz və Məşhəddə cümə axşamları insanlara Quranı izah edər, uzun illər evində Quranın əsasları və fiqh təlimini tədris edib.خاطرات محمدمهدی عبدخدایی، انتشارات مرکز اسناد انقلاب اسلامی، ص ۴۹.مجله نگاه حوزه شماره ۲۱ و ۲۲، سال دوم، آذر و دی ۱۳۷۵، ص ۹.

Əsərlər "Dini Qeydlər", "Rahat", "Nedaye Haq" və "Xodapərəsti" kimi nəşrlərdən əlavə, o, yetmiş cilddə kitab yazıb. Onlsaarda bəziləri bunlardır:گنجینه دانشمندان، ج۷، ص ۱۲۱.

Dini məqam Xoşbəxtliyə aparan bələdçi Həqiqət Lideri Əl-Dros əl-Diniya kolleksiyası Parlaq işıqlar Qiymətli mirvarilər Nəzakət Prinsipləri ( hüquqşünaslıq prinsipləri sahəsində) Şeyx Müfidin əqidə kitabının tərcüməsi Əllamə Bəlağinin "Quran möcüzəsinin simaları" əsərinin tərcüməsi və Mərdux Kürdüstanini rədd etməkdə həqiqət çağırışı.

Sosial fəaliyyəti Q.Təbrizi Seyid Cavad Xameneinin köməyi ilə Məşhəddə Dar əl-Talim dini məktəbini qurub, tələbələr üçün Cəfəriyyə seminariyasını təşkjil edib, 25 il ərzində Məşhəd tələbələrinin tibbi və sağlamlıq sığortasına nəzarəti öz üzərinə götürüb.

Vəfatı Qulamhüseyn Təbrizi 14 iyun 1970-ci ildə, yəni 1400- cü il Şaban ayının 1-də Məşhəddə insultdan vəfat edib, Əli ibn Musa ər-Rzanın ziyarətgahında Seyid Əbdül Kərim Haşiminejadın yanında dəfn edilib.

İstinadlar

Resurslar

Xarici keçid

Kateqoriya:Məhəmməd Kazım Xorasaninin şagirdləri Kateqoriya:1881-ci ildə doğulanlar Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:1980-ci ildə vəfat edənlər Kateqoriya:İmam Rza türbəsində dəfn olunanlar