Hessen-Darmştadtlı Lüdovika Henretta Karolina (; ) — Hessen-Darmştadt landqrafı VIII Lüdovikin nəvəsi, Böyük Hesse hersoginyası.

15 fevral 1761-ci ildə Darmştadtda dünyaya gəldi. Atası Hessen-Darmştadt landqrafı VIII Lüdovikin oğlu Georq Vilyam, anası isə alman əsilzadəsi Mariya Lüdovika Albertinadır. Hələ 9 yaşında ikən, Fransaya gəlin olaraq göndərilən Mariya Antuanettanın nədimələri arasında Versal sarayına göndərildi. Qısa müddət sonra öz evinə göndərilsə də, 1792-ci ilədək Fransa kraliçası Mariya Antuanetta ilə məktublaşmağa davam etdi.

19 fevral 1777-ci ildə Darmştadtda əmisi Hessen-Darmştadt landqrafı IX Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdoviklə evləndirildi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

II Lüdovik (1777-1848) Lüdovika Karolina (1779-1811) Lüdovik Georq (1780-1856) Frederik Avqust (1788-1867) Ölü doğulan əkiz qız uşaqları (1789) Emil Maksimilyan (1790-1856) Qustav (1791-1806) Ərinin 1790-cı ildə taxta çıxmasıyla öncə Hessen-Darmştadt landqrafinyası, 1806-cı ildə isə Böyük Hesse hersoginyası ünvanını aldı. 24 oktyabr 1829-cu ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar