Yusif Abdulabəyoviç Akayev (; ) – Böyük Vətən müharibəsi illərində SSRİ Hərbi Dəniz aviasiyasının sovet hücumçu təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (19.08.1944), mayor (24.04.1948).Морские лётчики — Герои Советского Союза. Акаев Юсуп Абдулабекович. // :ru:Морской сборник. — 2016. — № 2. — С.84.
Həyatı Yusif Akayev Dağıstan MSSR Temirxan-Şura dairəsi dairəsinin Aşağı Cingutay kəndində (digər mənbələrə görə - Buynaksk şəhərində) kəndli ailəsində 14 avqust 1922-ci ildə anadan olmuşdur.Мехтиханов А. Дагестанцы — Герои Советского Союза. Юсуп Акаев. Газета «Молодёжь Дагестана» .РИА «Дагестан». Юсуп Акаев — Герой Советского Союза . Milliyyətcə qumuqdur. 1944-cü ilin aprelindən ÜİK(b)P üzvü idi. 7 sinif bitirmişdir. Müəllim işləmişdir. 1941-ci ildə hüquq məktəbini bitirmişdir.Биография Юсупа Акаева на сайте проекта «Герои страны» .
1941-ci ilin iyulundan Qızıl Ordu sıralarındadır. Yusif Akayev 1942-ci ilin iyulunda ilkin təlim üzrə 19-cu hərbi aviasiya məktəbini bitirmiş və dərhal SSRİ Hərbi Dəniz Hərbi Hava Qüvvələrinə keçirilmişdir. 1943-cü ilin iyulunda 3-cü hərbi-dəniz aviasiya məktəbini (Saransk) bitirmişdir.
Kiçik leytenant Yusif Akayev Böyük Vətən Müharibəsi cəbhəsində 1943-cü ilin sentyabrından olmuşdur. Bütün döyüş yolunu 1943-cü ildə Qara dəniz Hərbi Hava Qüvvələri tərkibində vuruşan 47-ci hücumçu aviasiya alayının sıralarında keçmişdir. Orada Novorossiysk-Taman, Kerç-Eltigen desant, Krım hücum əməliyyatlarında iştirak etmişdir. 1944-cü ilin mayında Krımın azad edilməsi başa çatdıqdan sonra alay tam heyətdə Baltik dənizi Hərbi Hava Qüvvələrinə verilmişdir.
1944-cü ilin aprelində aviasiya eskadrilyasının komandiri təyin edilmişdir. Baltik dənizində Vıborq, Baltikyanı, Şərqi Prussiya hücum əməliyyatlarında iştirak etmişdir.Гиляревский В. П. Война: Морские лётчики. О боевом пути 47-го штурмового авиаполка ВВС ВМФ. В 2-х томах. — М., 1992.
47-ci hücumçu aviasiya alayının 2-ci aviasiya eskadrilyasının komandiri (11-ci hücumçu aviasiya diviziyası) kapitan Yusif Akayev 1944-cü ilin iyuluna qədər 104 döyüş uçuşu həyata keçirmiş, 4 nəqliyyat gəmisi, 7 sürətli desant barjı, 1 mina təmizləyici gəmi, 1 torpeda katerini, 1 tanker və 1 quru yük barjını məhv etmiş, 3 parovoz, 11 tank, 72 avtomaşın və düşmənin digər xeyli döyüş texnikasını sıradan çıxarmışdır. 5 nəqliyyat gəmisini, 11 sürətli desant barjını, 1 esminesi zədələmişdir. Hava döyüşlərində 3 təyyarə vurmuşdur.Наградной лист на присвоение Ю. А. Акаеву звания Героя Советского Союза. // ОБД «Память народа» . 1943-cü il noyabrın 8-də Kerç boğazı üzərində vurulmuş, suya məcburi eniş etmişdir. "İl-2" ekipajı Hərbi Dəniz donanmasının kateri tərəfindən xilas edilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1944-cü il tarixli fərmanı ilə alman işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, bu zaman göstərdiyi igidlik və qəhrəmanlığa görə kapitan Yusif Abdulabəyoviç Akayevə Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 4332) təqdim olunmaqla Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Qələbə günü üçün döyüş hesabında 147 döyüş uçuşu var idi. Əvvəllər batırılmış gəmilərə daha 3 batırılmış nəqliyyat gəmisi, 1 gözətçi kateri, 1 mina təmizləyən gəmi, 2 gözətçi gəmisi və 1 ponton əlavə olunmuşdu. Daha 1 alman təyyarəsini vurmuşdu.
Müharibədən sonra həmin alayda xidmət etmişdir. 1947-ci ilin oktyabrında Baltik dənizindəki 8-ci Hərbi Dəniz Hava Qüvvələrinin 8-ci qvardiya hücumçu aviasiya alayına eskadrilya komandiri təyin olunmuşdur. 1948-ci ilin avqustundan mayor Akayev istefada idi. Krım sanatoriyalarından birinə səfəri zamanı Rostov-na-Donu dəmir yolu vağzalında 19 noyabr 1949-cu ildə ömrünün 28-ci ilində vəfat etmişdir.Алиев А. Прерванный полёт. Сетевое издание газеты «Ёлдаш» .
Təltifləri 250px|thumb|right|Buynakskda Akayevin məzarındakı stela Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (19.08.1944) Lenin ordeni (19.08.1944) Üç dəfə "Qırmızı Bayraq" ordeni (14.02.1944, 30.05.1944, 28.12.1944) Aleksandr Nevski ordeni (28.04.1945) I dərəcəli "Vətən Müharibəsi" ordeni (11.02.1944) Müxtəlif medallar
Xatirəsi Abidələri: Mahaçqalada Rəsul Həmzərov prospektində büstü; Buynaksk Pedaqoji Məktəbinin qarşısında Qəhrəmanın abidəsi; Adı verilmiş obyektlər: Tərki (Mahaçqala), Şamxal, Sultan-Yangi-Yurt, Novokayakent, Uçkent və digər qəsəbələrdə Y.A.Akayevin küçələri; 2000-ci ildə Mahaçqaladakı Timiryazev küçəsi Y.A.Akayev küçəsi adlandırılmışdır; Sultan-Yangi-Yurt kəndindəki 1 nömrəli məktəb; Qızılyurd şəhərindəki 1 nömrəli məktəb; Buynaksk şəhərindəki 7 nömrəli məktəb; Aşağı Cingutay kəndində Yusup Akayev adına məktəb; Dağıstanın Buynaksk rayonunun Uçkent kəndində sovxoz; Rusiya Silahlı Qüvvələri Hərbi Dəniz Donnanmasının Xəzər flotiliyasının "Yusup Akayev" mina təmizləyən gəmisi.
İstinadlar
Ədəbiyyat Буров А. В. Огненное небо. — Л.: Лениздат, 1974. Герои Советского Союза Военно-Морского Флота. 1937—1945. — М.: Воениздат, 1977. Горцы — солдаты России. — Махачкала, 1975. Гуркин В. А. Улетевшие в небеса. Книга о Нельсоне Степаняне и его друзьях-летчиках, не вернувшихся с войны. — Ульяновск, 2017. Они сражались на Балтике. — Л.: Лениздат, 1968. Отважные сыны гор. — Махачкала: Дагестанское книжное издательство, 1968. Хизроева З. М. Юсуп Акаев. — Махачкала: Дагестанское книжное издательство, 1990. — 239 с. — (Дагестан: время и судьбы).; ISBN 5-297-00005-X.
Xarici keçidlər Юсуп Абдулабекович Акаев. Сайт «Герои страны». (Дата обращения: 27 января 2010)