Tasuku Hondzö () — yapon immunoloq alimdir.Tasuku Honjo Facts (англ.) — Nobel Foundation.Honjo Tasuku // Brockhaus Enzyklopädie (нем.) — F. A. Brockhaus, 1796.
Elmi fəaliyyəti O, sitokinlərin (interleykin-4 və interleykin-5) və PD-1 (Programmed Cell Death Protein 1) zülalının molekulyar identifikasiyası sahəsində apardığı tədqiqatları ilə tanınır.
2018-ci ildə xərçəng xəstəliklərinin mənfi immun tənzimlənməsinin inhibə edilməsi yolu ilə müalicəsi metodunun kəşfinə görə Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatına Ceyms Ellison ilə birlikdə layiq görülmüşdür.
Tasuku Hondzö Yaponiya Elmlər Akademiyasının,Seventh Subsection(Medicine, Phamaceutics, Dentistry) | The Japan Academy. Дата обращения: 29 июля 2016. Архивировано 1 августа 2018 года. Leopoldin Alman Milli Elmlər AkademiyasınınMitgliederverzeichnis. Дата обращения: 29 июля 2016. Архивировано 20 июля 2018 года. və ABŞ Milli Elmlər AkademiyasınınTasuku Honjo. Дата обращения: 29 июля 2016. Архивировано 20 июля 2018 года. (2001-ci ildən xarici üzv) üzvüdür.
1966-cı ildə Kioto Universitetinin Tibb fakültəsini bitirmiş, 1975-ci ildə isə həmin universitetdə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.
Mükafatları 1981-ci il- Asahi mükafatı 1996-cı il — Yaponiya Elmlər Akademiyasının İmperator Mükafatı 1996-cı il — Yaponiya Elmlər Akademiyasının Mükafatı 2012-ci il — Robert Kox Mükafatı 2013-cü il — Mədəniyyət Ordeni 2014-cü il — Tang Mükafatı ("CTLA-4 və PD-1-in xərçəng immunoterapiyasında tətbiqinə səbəb olan immun inhibitor molekulları kimi kəşflərinə görə") 2014-cü il — Uilyam Koli Mükafatı 2016-cı il — Kioto Mükafatı 2016-cı il — Fiziologiya və ya Tibb üzrə Thomson Reuters Sitat Laureatı 2018-ci il — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı
İstinadlar
Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Yaponiya immunoloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr həkimləri Kateqoriya:Yaponiya biokimyaçıları