I Frederik (; ) — Saksen-Qota-Altenburq hersoqu.

Həyatı 15 iyul 1646-cı ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota və Saksen-Altenburq hersoqu I Ernest, anası isə Saksen-Altenburq hersoqu İohann Filippin qızı Yelizaveta Sofiyadır. Strasburq Universitetində təhsil aldı.

1672-ci ildə anasının miras olaraq aldığı Saksen-Altenburq taxt-tacına naib təyin edildi. 1674-cü ildə səhhəti pisləşən atasının da naibi oldu və beləcə, ata mülkünün idarəsini tamamilə ələ aldı. Ertəsi il atasının vəfatından sonra Saksen-Qota-Altenburq taxt-tacına oturdu.

Ancaq saray ənənəsinə görə, digər 6 kiçik qardaşı da dövlət idarəsində iştirak etməli idi. İlk başda qardaşlarını uzaq tutmaq istəsə də, qardaşlar arasında yaranan ziddiyət səbəbilə ata mülkünü bölməyə qərar verdilər. 24 fevral 1680-ci ildə imzalanan şərtnaməyə görə, ata mülkü aşağıdakı formada parçalandı.

Frederik (Saksen-Qota-Altenburqda) Albert (Saksen-Koburqda) Bernhard (Saksen-Mayninqendə) Henri (Saksen-Römhilddə) Kristian (Saksen-Eisenberqdə) Ernest (Saksen-Hildburqhauzendə) İohann Ernest (Saksen-Koburq-Zaafelddə)

Özündən sonra oğulları arasında miras davası olmaması adına, 1685-ci ildə bir qərarnamə imzaladı. Bu sənədə əsasən, taxt-tac yalnız ilk doğulan oğul övlada və onun şəcərəsinə məxsus idi. Onun bu qərarnaməsi 1688-ci ildə Müqəddəs Roma imperatoru I Leopold tərəfindən də təsdiqləndi.

Fransızlara qarşı Doqquzillik müharibədə və türklərə qarşı Osmanlı–Müqəddəs İttifaq müharibələrində iştirak etdi. Ancaq onun bu hərbi fəaliyyəti dövlət xəzinəsini boşaltdı.

2 avqust 1691-ci ildə vəfat etdi.

Ailəsi 14 noyabr 1669-cu ildə Saksen-Vaysenfelsli Maqdalena Sibilya ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

Anna Sofiya (1670-1728) Maqdalena Sibilya (1671-1673) Doroteya Mariya (1674-1713) Frederika (1675-1709) II Frederik (1676-1732) İohann Vilhelm (1677-1707) Yelizaveta (1679-1680) İohanna (1680-1704)

Xanımının vəfatından 8 ay sonra, 14 avqust 1681-ci ildə Baden-Durlaxlı Kristina ilə evləndi. Ancaq bu nigahından övladı olmadı.

Mənbə

Ədəbiyyat

Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.

İstinadlar