Darya Bulba () — 6 avqust 2016-cı ildə Çinin Şanxay şəhərində itkin düşmüş ukraynalı model. Onun itkin düşməsi müxtəlif mistifikasiyalar və baş verənlərlə bağlı versiyalarla əhatə olunmuşdur. Polis itkin düşmə ilə bağlı intihardan tutmuş qaçırılmaya qədər müxtəlif versiyalar irəli sürsə də, yekun qənaətə gələ bilməmişdir. Onun taleyi hələ də naməlum olaraq qalır.

Zəmin Darya Bulba 25 sentyabr 1995-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. O, Odessa Mehmanxana Təsərrüfatı Kollecində "hüquqşünaslıq" ixtisası üzrə təhsil almış, paralel olaraq model kursları keçmişdir. Vokalla məşğul olmuş və gitara çalmağı öyrənmişdir. Yerli model məktəbində təlim görmüşdür. Uşaqlıqdan top-model kimi məşhurlaşmaq arzusunda idi. Odessa "Art-podium" agentliyində təhsil aldıqdan sonra 17 yaşından model kimi fəaliyyətə başlamışdır. İki dəfə müqavilə ilə Milana getmişdir. 2013-cü ildə çəkilişlərdə iştirak etmək üçün ilk təkliflərini almış və kataloqlar üçün çəkilməyə başlamış, bir neçə ildən sonra isə xaricə, İtaliya, Yunanıstan və Türkiyəyə yollanmışdır.

Yoxa çıxma 7 aprel 2016-cı ildə Darya Şanxay model agentliyi "BYS Model Agency" ilə bağladığı müqavilə əsasında işləmək üçün təyyarə ilə Çinə getmişdir.

6 avqust 2016-cı ildə Darya naməlum bir şəxslə (bəzi mənbələrdə onun tanışı olduğu iddia edilir) görüşə getmiş və itkin düşmüşdür. Müşahidə kameraları qızın sahilboyu küçədə getdiyini, qulaqlıqda musiqi dinlədiyini, rəqs etdiyini, daha sonra isə döngəni dönərək kor zonaya keçdiyini və yoxa çıxdığını qeydə almışdır.

İstintaq Polis Daryanın telefonunu araşdıraraq onun nömrəsinə müntəzəm olaraq naməlum nömrələrdən zənglər gəldiyini müəyyən etmişdir. Dostlarının verdiyi məlumata görə, naməlum bir şəxs qızla hoteldə davamlı olaraq görüşlər təyin etsə də, heç vaxt həmin görüşlərə gəlməmişdir. Şəbəkədə bu hərəkətlərin qızın müəyyən bir məkanadək gedəcəyi vaxtı hesablamaq məqsədilə edildiyi ehtimal olunmuşdur.

İtkin düşdükdən sonra Daryanın "VKontakte" hesabı Çinin müxtəlif nöqtələrində yerləşən bir neçə cihazdan aktiv olmuşdur.

Qızın qohumları İnterpola və yerli hakimiyyət orqanlarına müraciət etmişdilər. Daryanın atası itkin düşmüş qızının axtarışında kömək xahişi ilə Ukraynanın bütün mərkəzi televiziya kanallarına elektron poçt vasitəsilə məktublar göndərsə də, onların hamısı cavabsız qalmışdır. Çin polisi Daryanın intihar etdiyini ehtimal etmişdir. Müşahidə kameraları qızın sahilboyu küçədə getdiyini, qulaqlıqda musiqi dinlədiyini, daha sonra isə döngəni dönərək kor zonaya keçdiyini və yoxa çıxdığını qeydə almışdır. Kameraların görüntülərinə baxan psixoloqlar qızın yerişinin sakit olduğu qənaətinə gəlmişlər. Adekvat vəziyyətdə olan və həyəcan keçirməyən insan bu cür yeriyir. Daryanın bacısının sözlərinə görə, polis qızın batdığını düşünsə də, dalğıclar onun meyitini tapmamışlar.

2022-ci ilə qədər Darya Bulbanın itkin düşməsi işi açıq qalmışdı.

İstintaq donduruldu və polis ziddiyyətli versiyalar irəli sürmüşdür.

Qeydlər

Kateqoriya:6 avqustdakı hadisələr Kateqoriya:Açıqlanmamış qeybolmalar Kateqoriya:Çindəki hadisələr