Elviz Ənvər oğlu İsmayılov — tədqiqatçı, ali təhsil idarəçisi və rəqəmsal innovasiya mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru, dosent. O, süni intellekt, maşın öyrənməsi və yüksək performanslı hesablama (HPC) sahələrində araşdırmalar aparan tədqiqatçı kimi tanınır, eyni zamanda ali təhsil sistemində rəqəmsal transformasiya proseslərinin təşkilatçısı və idarəçisi kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm və innovasiya məsələləri üzrə prorektorudur.

Həyatı Elviz İsmayılov 1983-cü ilin mart ayının 27-si anadan olub. 1990-cı ildə Bakı şəhərinin Nəsimi rayonundakı 240 nömrəli orta məktəbə daxil olmuş və 2000-ci ildə oranı bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının "Tətbiqi riyaziyyat" ixtisasına qəbul olmuşdur.

2004-cü ildə bakalavr təhsilini başa vuraraq eyni ali məktəbin magistratura pilləsinə ("İnformatika"/"Riyazi informatika" ixtisası) qəbul olmuş və 2006-cı ildə magistr dərəcəsi almışdır. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının "Tətbiqi riyaziyyat" kafedrasında "Sistemli analiz, informasiya emalı və idarəetmə" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Şəxsi tərcümeyi-hal məlumatları (müəllifin özü tərəfindən təqdim edilib).

Peşə fəaliyyəti 2009–2013-cü illərdə "İmpress LTD" şirkətində dizayner vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə Apple şirkətinin Azərbaycandakı rəsmi dilerliyində proqramçı, dizayner və "Train the Trainer" təlimçisi vəzifələrində fəaliyyət göstərmişdir. 2014-cü ildə "iCon" MMC-də dizayner kimi çalışdıqdan sonra freelans qaydada işini davam etdirmişdir.

2016-cı ildən Azərbaycan Dövlət Gömrük Akademiyasının "İqtisadiyyat və təbiət elmləri" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2018-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında assistent vəzifəsinə təyin olunmuşdur.

2019–2024-cü illərdə ADNSU-nun Yüksək Performanslı Hesablama (HPC) Mərkəzində elmi media və dizayn işləri üzrə icraçı kimi çalışmışdır. 2024-cü il yanvar ayından 2025-ci il dekabrın 25-dək ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

2025-ci il dekabrın 24-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.

2019–2025-ci illərdə ADNSU-nun Tələbə Elmi Cəmiyyətlər Şurasının sədri olmuş, bu müddətdə universitetdə 6 respublika elmi konfransının təşkilinə rəhbərlik etmişdir.

Elmi fəaliyyəti Süni intellekt və yüksək performanslı hesablama (HPC) istiqamətlərində 30-dan artıq elmi əsərin, o cümlədən dərs vəsaitlərinin və Scopus elmmetrik bazasına daxil olan bir sıra məqalələrin müəllifidir. Əsərləri Procedia Computer Science, Materials Today Communications, Algorithms kimi jurnallarda və IEEE, Springer nəşrlərində dərc olunmuşdur.

Beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Bunlara aşağıdakılar daxildir: İNİSTA (International Symposium on Innovations in Intelligent Systems and Applications) — süni intellekt, hesablama zəkası və intellektual sistemlər üzrə beynəlxalq simpozium (2009, 2010 və 2012-ci il tədbirlərində iştirak etmişdir); PCI (International Conference "Problems of Cybernetics and Informatics") — Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu tərəfindən Bakıda keçirilən, kibernetika və informatika sahəsindəki nailiyyətlərə həsr olunmuş beynəlxalq konfrans (2008, 2012, 2022-ci il tədbirlərində iştirak etmişdir); AICT (IEEE International Conference on Application of Information and Communication Technologies) — informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunmuş illik IEEE konfransı (2023-cü il tədbirində iştirak etmişdir); COIA (International Conference on Control and Optimization with Industrial Applications) — İdarəetmə Sistemləri İnstitutu tərəfindən Bakıda təşkil olunan, idarəetmə nəzəriyyəsi və sənaye tətbiqlərinə dair beynəlxalq konfrans (2020, 2022-ci il tədbirlərində iştirak etmişdir). Bu konfranslarda iştirakı barədə məlumat şəxsi tərcümeyi-halına əsaslanır.

Avropa İttifaqının maliyyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə ADNSU-nun nümayəndəsi qismində iştirak etmişdir: ELECTRON (rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid) — Avropa İttifaqının Horizon 2020 proqramı çərçivəsində maliyyələşən, enerji şəbəkələrinin kiberhücumlara qarşı davamlılığının artırılmasına yönəlmiş layihə; ADNSU layihənin Azərbaycan üzrə tərəfdaşı olmuşdur; WORK4CE (Cross-domain competences for healthy and safe work in the 21st century) — Erasmus+ proqramı çərçivəsində maliyyələşən, "Sənaye 4.0" dövrü üçün əmək təhlükəsizliyi və peşə bacarıqları üzrə tədris resurslarının hazırlanmasına yönəlmiş layihə (2020–2024); ADNSU layihənin tərəfdaşlarından biri olmuşdur; CyberEDU (Cybersecurity for protecting critical infrastructures) — Erasmus+ proqramı çərçivəsində maliyyələşən, kritik infrastrukturların qorunması üzrə kibertəhlükəsizlik təhsilinin təkmilləşdirilməsinə həsr olunmuş layihə; ADNSU tərəfdaş təşkilatlar arasındadır; Erasmus+ MAGNUS (KA2 — Capacity Building) — tərəfdaş universitetlərdə "Mobil tətbiqlər və oyun dizaynı" üzrə magistratura proqramlarının yaradılmasına yönəlmiş potensial gücləndirmə layihəsi; ADNSU 10 tərəfdaş universitetdən biri kimi iştirak etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən daxili elmi layihədə də iştirak etmişdir.

Seçilmiş elmi əsərləri Mammadli A., Ismayilov E., Zanni-Merk C. "Explainability of Text Classification through Ontology-Driven Analysis in Serious Games" // Procedia Computer Science. — 2024. — Vol. 246 (C). — S. 2128–2137. Kaur A.N., Sule H.K., Ismayilov E. və b. "Physics-Guided Spatiotemporal Deep Learning for Early Melt Pool Instability Detection in Dual-Beam Laser Welding of Steel–Titanium Joints" // Materials Today Communications. — 2026. — Vol. 52. Ivashchuk O., Smirnov D., Ismayilov E. və b. "A Benchmark and Cross-Camera Protocol for Open-Set Re-Identification of Holstein Cattle: Synchronized Multi-View Capture and Viewpoint-Invariant Alignment" // Algorithms. — 2026. — Vol. 19 (675). — 28 s. Mammadli A., Ismayilov E. "Combining Fuzzy Deep Learning with HPC to Classify Images" // Lecture Notes in Networks and Systems. — Springer, 2024. — Vol. 1141. — S. 250–257. Mammadli A., Ismayilov E. "Application of Fuzzy Deep Learning to Classify Images" // 17th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT 2023). — IEEE, 2023.

Mükafat və fəxri adlar 2017 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəxri Fərmanı 2020 — ADNSU-nun 100 illiyi münasibətilə yubiley medalı 2020 — Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı 2024 — Beynəlxalq Proqramlaşdırma Olimpiadası (ICPC) hərəkatındakı 5 illik fəaliyyətinə görə təşəkkürnamə

Digər fəaliyyəti 50-dən çox yerli startap komandasına mentorluq etmiş, "AgroHackathon" (2020), "Secure Energy" (2022) və "Heydər Əliyev – 100" mühəndislik hakatonu (2023) kimi tədbirlərin təşkilatçılarından olmuşdur. 2022-ci ildə "Teknofest" yarışında iştirak edən və dərəcə qazanan komandalara mentorluq etmişdir.

Həmçinin bax Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

İstinadlar

Xarici keçidlər ADNSU-dakı rəsmi profili

Google Scholar profili

Kateqoriya:1983-cü ildə doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri Kateqoriya:Yaşayan insanlar