Piter Ratkliff () — hüceyrələrin oksigeni necə hiss etməsi (oxygen sensing) və hipoksiya sahəsində ixtisaslaşmış britaniyalı tibb alimi və molekulyar bioloqdur.Professor Sir Peter Ratcliffe to give this year’s Linacre Lecture | StJohns. Дата обращения: 12 ноября 2018. Архивировано 9 октября 2019 года. O, Oksford Universitetinin Target Discovery İnstitutunun direktorudur, eyni zamanda burada Ludvig İnstitutu for Cancer Research institutunun üzvüdür. Bundan əlavə, Francis Crick Institutunda klinik tədqiqatlar üzrə direktor vəzifəsini icra edir. 2002-ci ildən həm London Kral Cəmiyyətinin, həm də Böyük Britaniya Tibb Elmləri Akademiyasının üzvüdür. 2014-cü ildə cəngavər-bakalavr (Knight Bachelor) fəxri adına layiq görülmüşdür. 2019-cu ildə Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatına, hüceyrələrin oksigenin mövcudluğunu necə hiss etməsi və ona necə uyğunlaşmasını izah edən kəşflərinə görə, Uilyam Kelin və Qreqq Semenza ilə birlikdə layiq görülmüşdür. Bu tədqiqatlar hüceyrələrin oksigen çatışmazlığına (hipoksiyaya) cavab mexanizmlərini üzə çıxarmış və xərçəng, anemiya, ürək-damar xəstəlikləri kimi sahələrdə yeni müalicə üsullarının inkişafına mühüm elmi zəmin yaratmışdır.The Nobel Prize in Physiology or Medicine 2019. Дата обращения: 7 октября 2019. Архивировано 23 мая 2020 года.
Həyat yolu Piter Ratkliff Şimali Lankaşirdə böyüyüb.Professor Peter J. RATCLIFFE Winner of the 2009 Louis-Jeantet Prize for medicine — Louis-Jeantet Foundation.Peter J. Ratcliffe // Brockhaus Enzyklopädie (нем.) — F.A. Brockhaus, 1796. Tibb təhsilini Qonvil və Kayus Kollecində alıb. Klinik hazırlığını Londonun ən qədim xəstəxanalarından biri olan Müqəddəs Bartolomey Hospitalında keçib. 1978-ci ildə Tibb bakalavrı və Cərrahiyyə bakalavrı dərəcəsini əldə edib. Daha sonra Londonun aspirantura xəstəxanalarında çalışıb, ardınca Oksfordda nefrologiya üzrə ixtisaslaşıb. Sonralar isə elmi fəaliyyət istiqamətini dəyişərək molekulyar biologiya sahəsində yenidən təhsil alıb. 1990-cı ildə Oksford Universitetində hipoksiya biologiyası laboratoriyasını təsis edib və bu laboratoriyaya 20 ildən artıq müddətdə rəhbərlik edib. 1987-ci ildə Kembric Universitetində tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildən professor kimi fəaliyyət göstərmiş, 2003–2016-cı illərdə isə Oksford Universitetinin Nuffield professoru vəzifəsini tutmuşdur. Hazırda Oksford Universitetinin Target Kəşf İnstitutunun direktorudur və eyni zamanda burada Lüdviq Xərçəng Tədqiqatları İnstitutunun üzvüdür. 2016-cı ildən etibarən isə Francis Crick İnstitutunda klinik tədqiqatlar üzrə direktor vəzifəsini icra edir. 2006-cı ildə Avropa Molekulyar Biologiya Təşkilatının (EMBO) üzvü seçilmişdir. 2007-ci ildə isə Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü adına layiq görülmüşdür.Professor Peter J. RATCLIFFE. Дата обращения: 12 ноября 2018. Архивировано 15 октября 2018 года.
Mükafatları
2009-cu ildə — Tibb üzrə Luis-Jeantet Mükafatı Professor Peter J. RATCLIFFE. Дата обращения: 12 ноября 2018. Архивировано 15 октября 2018 года. 2010-cu ildə — Qairdner Beynəlxalq Mükafatı, Kanada 2013-cü ildə — Yakob-Herz-Preis, Erlangen-Nürnberq Universiteti, Almaniya Uni-Klinikum Erlangen. Дата обращения: 12 ноября 2018. Архивировано из оригинала 11 октября 2019 года. 2014-cü ildə — Uailey Fondunun Uailey Mükafatı 2016-cı ildə — Əsas Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı 2018-ci ildə — Massriy Mükafatı 2019-cu ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı (Uilyam Kelin və Qreq Semenza ilə paylaşılıb)
İstinadlar
Kateqoriya:İngiltərə bioloqları Kateqoriya:Britaniya həkimləri Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XXI əsr həkimləri Kateqoriya:Sitoloqlar