"zati-aliləri" suveren dövlətin müəyyən yüksək vəzifəli şəxslərinə, beynəlxalq təşkilatların vəzifəli şəxslərinə və ya aristokratiya üzvlərinə verilən tituldur. Bu termin müstəqil bir vəzifə və ya hərbi rütbə olmayıb, daşıyıcısının malik olduğu rəsmi status və titullardan əvvəl işlədilir. Ümumiyyətlə, "zati-aliləri" kimi müraciət edilənlərə dövlət başçıları, hökumət başçıları, qubernatorlar, səfirlər, kral ailələrinin üzvləri, Roma Katolik yepiskopları və yüksək vəzifəli məmurlar daxildir. (Məsələn, beynəlxalq təşkilatların rəhbərləri). Həmçinin baxın Kateqoriya:Yuxarı təbəqə Kateqoriya:Titullar Kateqoriya:Sosiologiya qaralamaları