Felitto — İtaliyanın cənub-qərbində, Kampaniya regionunda, Salerno əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər əl üsulu ilə hazırlanan fuzilli makaronu və hər il keçirilən Fusillo festivalı ilə məşhurdur.

Tarixi Felitto X əsrin əvvəllərində salınıb. Orta əsrlərə aid tarixi şəhər mərkəzinin böyük hissəsi bu günədək qorunub saxlanılıb.

Coğrafiyası Felitto Çilentonun mərkəzində, Kalore Lukano çayının üzərindəki vadidə, Çanyello dağının (dəniz səviyyəsindən 1.314 m yüksəklikdə) ətəyində yerləşir. Bələdiyyə Kastel San Lorenso, Laurino, Magliano Vetere, Monteforte Cilento və Rokkadaspide bələdiyyələri ilə həmsərhəddir.

Bələdiyyənin rəsmi olaraq heç bir frazionesi yoxdur, lakin ərazisində Akva delle Donne, Akvanoseta, Alvani, Barbadjano, Bosko Qrande, Karpineto, Karrotso, Kazale, Çerzito, Kyanellizi, Difesa Lombi, Difesa Prinsipe, Fossa del Lupo, Laqo, Marutssa, Mattsarella, Montanyano, Palumbo, Pattsano, Piano d'Elize, Pyetrakute, Remolino, San Corco, San Vito, Santoyanni, Serre, Starza, Territorio, Torre və Vinyali adlı kiçik yaşayış məntəqələri yerləşir.

Görməli yerlər

Orta əsrlərə aid tarixi şəhər mərkəzi və qədim körpü Kalore dərəsi və şəlaləsi (Gole del Calore)

Qardaş şəhər

Old Forge, Pensilvaniya, ABŞ

Həmçinin bax

Aliano Aqerola Artena Asso Atina

İstinadlar

Xarici keçidlər

Official website Felitto.net - Study and research group Felitto.org - Political news and more Il Fusillo S.a.s - "Fusillo Felittese", typical gastronomy

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Kommunalar Kateqoriya:Salerno əyalətinin kommunaları Kateqoriya:Kampaniya regionunun şəhər və qəsəbələri