Mario Seqale () – italyanəsilli ABŞ biznesmeni və daşınmaz əmlak layihəçisi. 1950-ci illərdən başlayaraq Sietl bölgəsində müxtəlif tikinti layihələrində iştirak etmişdir. "Nintendo" videooyun şirkətinin talismanı Marionun adı ondan götürülmüşdür: belə ki, o, şirkət üçün bir müddət anbar icarəyə vermişdi.

İlk illəri və karyerası Seqale 30 aprel 1934-cü ildə Sietl şəhərində iki italyan immiqrantın – Luis (doğum adı Luici Mariya Seqale) və Rina Seqale cütlüyünün ailəsində doğulmuşdur. O, ailənin tək övladı olmuşdur. Atası Luici 1886-cı ildə Cenoa yaxınlığındakı Fevale di Malvaroda kərpic ustası ailəsində doğulmuşdur. 1909-cu ildə Luici və qardaşı Cüzeppe əvvəlcə Ellis adasına, daha sonra Vaşinqton ştatının Tukvila şəhərinə səyahət etmişdirlər. Luici adını Luis olaraq dəyişdirmişdir və Birinci Dünya müharibəsi zamanı ABŞ ordusunda xidmət göstərmişdir. Müharibədən sonra tərəvəz yetişdirərək yaşamağa başlamışdır. Seqale ailəsi İkinci Dünya müharibəsindən sonra Siettlda ev almışdır.

Mario Seqale 1952-ci ildə Haylayn Liseyindən məzun olmuş və 1957-ci ildə tək bir yük maşını ilə öz tikinti şirkətini qurmuşdur. Həmin il həyat yoldaşı Donna ilə evlənmişdr. Cütlük "M. A. Segale" adlı asfalt və tikinti biznesini inkişaf etdirmiş, şirkət regionun əsas podratçılarından birinə çevrilmiş və 1998-ci ildə İrlandiyanın "CRH plc" konserinə 60 milyon ABŞ dolları qarşılığında satılmışdır. 1978-ci ildə Prosser şəhəri yaxınlığında İ-82 magistralının tikinti işi onun şirkətinə həvalə olunmuşdur.

"Nintendo" personajı "Nintendo" videooyun şirkəti 1981-ci ildə ABŞ-dəki qərargahı üçün Seqalenin Tukviladakı anbarlarından birini icarəyə götürmüşdür. Devid Şeffin 1993-cü ildə nəşr olunmuş "Oyun bitdi" kitabındakı versiyaya görə "Donkey Kong" oyununun istehsalı zamanı Seqale anbarı ziyarət etmiş, icarə haqqını tələb etmiş və şirkətin Amerika prezidenti Minoru Arakavanı işçiləri qabağında danlamışdır. Laki Segalə icarə haqqını ödəmələri üçün vaxt vermiş, bundan sonra Arakava və işçiləri oyundakı Campmen personajının adını Mario olaraq dəyişdirmişdirlər. Lakin "Nintendo of America" meneceri Don Ceyms 2012-ci ildə bildirmişdi ki, o və Arakava personajın adını zarafat kimi Mario seçmişdilər, çünki Seqale o qədər qapalı həyat tərzi keçirirdi ki, işçilərindən heç biri onunla qarşılaşmamışdı. Interview with Don James starts at 51:16. Quotation occurs at 52:00. Ceyms bu hekayəni 2018-ci ildə bir daha təkrar etmişdir. Quotation occurs at 2:25.

Şeffin "Oyun bitdi" kitabındakı qrammatik səhv səbəbindən uzun müddət Seqalenin soyadının "Seqali" olduğu zənn edilmişdi. Şeffin hekayəsi Stiven Kentin 2001-ci ildə nəşr olunmuş "Videooyunların son tarixi" kitabında da yer almış və buradan intenetdə yayılmışdır. Marionun yaradıcısı Şiqeru Miyamoto 2015-ci ildə personajın adının Seqaledən götürüldüyünü təsdiqləmiş, lakin hekayəsini açıqlamamışdır.

Seqale personajla əlaqələndirilməsindən məmnun olmamış və bu barədə mətbuata açıqlama verməkdən çəkinmişdir. O, 1993-cü ildə "The Seattle Times" qəzetinə "mən hələ də qonorar çeklərimi gözləyirəm" açıqlamasını vermişdir.

Ölümü Seqale 27 oktyabr 2018-ci ildə 84 yaşında Tukviladakı evində ölmüşdür. Onun nekroloqunda qeyd olunmuşdu ki, "personaja öz adını verməsinin gətirdiyi şöhrəti həmişə görməzdən gəlirdi" və "həyatı boyu əldə etdiyi nailiyyətlərlə tanınmaq istəyirdi". Dörd övladı olmuşdur: Lisa Atkins, Mark Seqale, Tina Kovi və Nita Conson.

İstinadlar

Kateqoriya:Mario Kateqoriya:ABŞ iş adamları