thumb|İranın Ali Rəhbəri Əli Xamenei Qum İlahiyyat Seminariyasında, 15 mart 2016-cı il. thumb|Qum İlahiyyat Seminariyası
Qum elmiyyə hövzəsi və ya Qum Seminariyası ( Tr: Ḥovze-ye ʿelmiyye-yi Qom) — 1922-ci ildə Mərceyi-təqlid Əbdül Kərim Hairi Yəzdi tərəfindən Üsuli alimləri yetişdirmək üçün Qumda əsası qoyulmuş İranın ən böyük teoloji məktəbi.Ayatollah Mo'asses, Ali Karimi Jahromi, Rasekhoun Publications, 2004. İranın Qum şəhərində yerləşən bu təhsil ocağı ən böyük və ən görkəmli şiə İslam seminariyalarından biri hesab olunur. Hövzə özünüidarəetmə üçün hazırlanmış müxtəlif orqan və sistemlərdən ibarətdir.Va'ez Khiabani, Contemporary Ulama, p. 331; Jafarian, Pages from the History of the Qom Seminary, p. 15. Hövzənin tədris planına ərəb qrammatikası, ritorika, Quranşünaslıq, ilahiyyat və ənənəvi elmlər daxildir. Kufə və Bağdadla bərabər, Qum hədis məktəbi də şiəliyin intellektual tarixində hədis nəqlinin üç ən qədim mərkəzindən biri hesab olunur.
Qacarlar dövründə Qumda Feyziyyə Mədrəsəsi kimi böyük mədrəsələrin yaradılması ilə mədrəsənin gücü daha da artmışdır. Nəhayət, Qacarlar dövründə mədrəsəni dirçəltmək üçün səylərin artırılması ilə Yəzdi Quma köç etmiş və müasir mədrəsənin əsasını qoymuşdur. Qum şəhərində yerləşən bu hövzə şiə İslamı tarixində ən fəal mədrəsə və daha sonra isə İslam dünyasında şiə elmlərinin tədrisi üzrə aparıcı mərkəzlərdən birinə çevrilmişdir. Yəzdinin vəfatından sonra onun üç tələbəsi, daha sonra isə Ayətullah Seyid Hüseyn Bürucirdi seminariyaya rəhbərlik etmişdirlər.
İstinadlar
Xarici keçidlər
Official website Exposition of Hawzah and International Arena kicks off in Qom
Kateqoriya:İranda islam Kateqoriya:İslam universitetləri Kateqoriya:Qum (şəhər) Kateqoriya:İlahiyyat Kateqoriya:İran ali təhsil müəssisələri Kateqoriya:İslam siyahıları Kateqoriya:İslam terminləri Kateqoriya:Qum elmiyyə hövzəsi