İbn Dihyə əl-Kəlbi (; ) — Əndəlüslü hədis alimi, ədib və tarixçi.
Bioqrafiyası 1150-ci ildə Bələnsiyədə (indiki Valensiya) və ya Dəniyədə (indiki Deniya) dünyaya gəldi. Dihyə əl-Kəlbinin nəslindəndir.
İlk təhsilini Bələnsiyədə aldı. Sonra elmi səyahətlər edərək təhsilini davam etdirdi.
Təhsilini tamamladıqdan sonra tələbə yetişdirdi və Əyyubi hökmdarı Məhəmməd əl-Məlikül-Kamil tərəfindən "Dərül-hədisiil-Kamiliyyə"yə rəhbər təyin edildi.
Zahiri məzhəbinə mənsub olan İbn Dihyə əl-Kəlbi, 1235-ci ildə Qahirədə vəfat etdi.
O "Ədaü mə vəcəbə fi vədzil-vəddain fi Rəcəb", "ət-Tənvir fi məvlidis-siracil-Münir", "əl-İbtihac fi əhədisil-merac", "əl-İləmül-mübin fil-müfadələ beynə əhli-Siffin" və başqa əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ərəb alimlər Kateqoriya:Ərəblər Kateqoriya:Ravilər Kateqoriya:XII əsr yazıçıları Kateqoriya:XIII əsr yazıçıları Kateqoriya:Sufilər