Danimarkalı İngeborq (; ) — Danimarka kralı I Valdemarın qızı, Fransa kraliçası.
1174-cü ildə dünyaya gəldi. Danimarka kralı I Valdemarın qızıdır.
14 avqust 1193-cü ildə Fransa kralı II Filipplə evləndirildi. Ancaq toyun ertəsi günü kral ondan boşanmaq fikrinə düşdü. Bunun əsas səbəbi məlum deyil. Kralın bu qərarına etiraz edən İngeborq paytaxt yaxınlığındakı bir monastıra sığındı və papa III Selestinə məktub yazaraq ərini şikayət etdi.
Toydan 3 ay sonra kilsə məclisi toplayan II Filipp xanımı üçün saxta bir soy ağacı tərtiblədi və onun ilk xanımı Enolu İzabella ilə qohum olduğunu, bu səbəblə evliliyin keçərsiz olduğunu iddia etdi. Bu məclisdə kralın evliliyi keçərsiz elan olundu. Papa məclisin bu qərarını qəbul etməsə də, İngeborq üçün başqa heç bir dəstək verə bilmədi. Növbəti 20 il boyunca Fransanın müxtəlif monastır və qəsrlərində göz həbsində saxlanılan İngeborq kralın Meranyalı Aqnessa ilə evliliyinə də göz yummalı oldu. Növbəti papa III İnnokent kralın öncəki evliliyi davam etdiyi üçün bu yeni evliliyini tanımadı. Ancaq kral İngeborgu daha ucqar bir qalaya həbs edərək buna qarşılıq verdi. Nəticədə 1200-cü ildə Roma-Katolik kilsəsi tərəfindən aforoz edildi. Nəhayət, papanın təzyiqləriylə İngeborqun kraliça ünvanı ona geri verildi. Ancaq həbsi davam etdi. Ertəsi il kralın yeni xanımı Aqnessanın vəfatıyla ikilik ortadan qalxdı.
Kral növbəti illərdə boşanmaq üçün bir neçə cəhd etsə də, bu cəhdləri uğursuz oldu. II Filippin 1223-cü ildə vəfatından sonra taxta çıxan ögey oğlu VIII Lüdovik və nəvəsi IX Lüdovik İngeborqu leqal kraliça olaraq tanıdı.
Ərinin ölümündən sonra həbs həyatı sonlansa da, monastırda yaşamağı seçən İngeborq 1236-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Alex Sanmark The Princess in the Tower (History Today February 2006) Gérard Morel (1987) Ingeburge, la reine interdite (Payot, collection Les romans de l'Histoire) Kateqoriya:Fransız müqəddəslər Kateqoriya:XIII əsr Fransa şəxsləri Kateqoriya:XIII əsr monarxları Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Xristian müqəddəsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Danimarka kral ailələri Kateqoriya:Danimarka şəxsləri