Qəsrül-Bənət, yəni Qızlar qəsri və ya Xanımlar sarayı (, ) — Suriyada, Rəqqə şəhərində yerləşən və XII əsrə aid edilən yaşayış binasının kərpic qalıqları.Kassem Toueir: The Qasr al-Banat in Raqqa. Excavation, reconstruction and rebuilding (1977–1982). Damascus releases, 1985.
Yeri Tikili keçmiş istehkamlı şəhərdə, şərq divarından təxminən 150 metr qərbdə və Bağdad darvazasından 400 metr şimalda yerləşmişdir. 1970-ci illərdə müasir şəhər sürətlə genişlənməyə başladıqdan sonra bütün tarixi ərazi tikililərlə örtülmüşdür. Qəsrül-Bənətdəki arxeoloji kompleks yeni yaşayış binaları ilə məskunlaşdırılmış və nəticədə geridə yalnız 80 metr enində və 200 metr uzunluğunda açıq sahə qalmışdır.
Tarixi Kallinik adlı Roma-Bizans şəhəri miladi 639-cu ildə ərəblər tərəfindən fəth olunmuş və Rəqqə kimi yenidən adlandırılmışdır. Orta əsr mənbələrində Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin (hakimiyyəti: 723–743-cü illər) yaxınlıqda iki saray tikdirdiyi bildirilir. Daha sonra şəhəri Rəfiqə ("yoldaş") adlandıran Abbası xəlifəsi Mənsur (hakimiyyəti: 754–775-ci illər) Fərat çayının qədim yatağına paralel uzanan cənub divarının düz tərəfində nalvari divarlar inşa etdirərək buranı bizanslılara qarşı qala kimi istifadə etmişdir. Rəfiqə Harun Rəşidin (hakimiyyəti: 786–809-cu illər) iqamətgahına çevrilmişdir. O, şəhər divarlarından kənarda, şimal-şərqdə saray saldırmışdır. Bu dövrdən sonra, 1165/66-cı illərdə Nurəddin Mahmudun rəhbərliyi altında yenidənqurma işləri aparılmışdır. Günümüzdə mövcud olan qalıqlar da Nurəddinin dövrünə, təxminən 1168-ci ilə aid edilir.
1900-cü ilə qədər Rəqqənin qalıqları dəfələrlə tədqiq edilmiş və sənədləşdirilmişdir. Bu tədqiqatçılar arasında 1907-ci ildə Fridrix Sarre ilə birlikdə Fərat və Dəclə çayları arasında Mezopotamiyanın arxeoloji kəşfiyyatını aparan Ernst Herzfeld də var idi. Onlar Rəqqəni təfərrüatlı şəkildə öyrənmiş, bir qədər sonra, 1909-cu ildə isə Qertruda Bell o zamanlar böyük hissəsi kimsəsiz xarabalıqdan ibarət olan bu ərazini ziyarət etmişdir.
Suriyada vətəndaş müharibəsi zamanı, 2012–2017-ci illərdə bu tarixi əraziyə ciddi ziyan dəymişdir. Tikilinin müəyyən hissələri və mərkəzi fəvvarə dağıdılmış, ərazi həmçinin qarətə məruz qalmışdır.
2026-cı ildə "Xarabalıqlar üzərində oyun" adlı icma təşəbbüsündə iştirak edən könüllülər ərazini dağıntılardan qismən təmizləməyə müvəffəq olmuşdular.
İstinadlar
Kateqoriya:Suriyanın görməli yerləri Kateqoriya:Asiyadakı arxeoloji abidələr Kateqoriya:İslam memarlığı Kateqoriya:Rəqqə mühafəzəsi Kateqoriya:Suriyadakı arxeoloji abidələr