Şadhəvar () və ya Arəs () — orta əsr müsəlman bestiarilərində təsvir olunan, təkbuynuzu xatırladan əfsanəvi məxluq. Qəzvini onun Rum (Bizans) ölkəsində yaşadığını və 42 boşluqlu budağa malik tək buynuzu olduğunu bildirmişdir. Bu budaqların arasından külək keçərkən heyvanların toplaşıb dinləməsinə səbəb olan xoş bir səs əmələ gəlir. Bəzən krallara hədiyyə edilən bu məxluqların buynuzları fleyta kimi çalına bilər. Bir tərəfdən çalındıqda şən səs, digər tərəfdən çalındıqda isə insanları ağladacaq dərəcədə qəmli musiqi sədalandırır.Ettinghausen, Richard. The Unicorn: Studies in Muslim Iconography. Freer Gallery of Art. Occasional Papers 1. pp. 64–66.
Dəmiri budaqların sayının 72 olduğunu qeyd etmiş, Müstövfi isə şadhəvarı yırtıcı ətyeyən kimi təsvir etmişdir. Bu dəyişiklik onun təsvirinin Qəzvininin bəhs etdiyi digər bir məxluq, qurbanlarını cəlb etmək üçün musiqi çalan yırtıcı Siranis (سيرانس) ilə birləşdirilməsi ilə izah oluna bilər. Q. Yakob Siranis ilə yunan mifologiyasındakı sirenlər arasında oxşarlıqlar olduğunu göstərmişdir.
İstinadlar
Kateqoriya:Bizans imperiyası Kateqoriya:Fars mifologiyasındakı mifik varlıqlar Kateqoriya:Yaxın Şərq mifologiyası Kateqoriya:Əfsanəvi varlıqlar Kateqoriya:Məşhur atlar Kateqoriya:Mifik atlar