Bolotana (sardin dilində: Golòthene) — İtaliyanın Sardiniya muxtar regionunda, Nuoro əyalətində yerləşən şəhər və bələdiyyədir. Kalyari şəhərindən təxminən 120 km şimalda, Nuoro şəhərindən isə təxminən 30 km qərbdə yerləşir. 2026-cı ilin məlumatına görə, əhalisi 2.244 nəfərdir.
Bolotana Bonorva, Bortiqali, İlloray, Ley, Makomer, Norakuqume, Orani, Ottana və Silanus bələdiyyələri ilə həmsərhəddir.
İqlim + Bolotana üçün iqlim məlumatları (1981–2010) Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl Orta yüksək, °C 12,7 13,9 17,1 19,9 25,7 30,9 35,4 35,5 29,7 24,6 17,6 13,5 23,0 Orta aşağı, °C 2,3 2,8 4,7 6,9 11,0 14,4 17,6 18,0 14,8 12,1 7,2 4,2 9,6 Mənbə Sardiniyanın 1981–2010-cu illər üzrə iqlim məlumatları
Demoqrafiya 2026-cı ilin məlumatlarına əsasən, Bolotananın əhalisinin 46,4%-ni kişilər, 53,6%-ni isə qadınlar təşkil edir. Əhalinin 9,4%-i yetkinlik yaşına çatmayanların, 34,9%-i isə yaşlıların payına düşür.
+ Əhalinin sayı İl Əhali 1861 2.858 1871 2.916 1881 3.097 1901 3.536 1911 3.754 1921 3.742 1931 4.087 1936 4.317 1951 4.494 1961 4.274 1971 3.495 1981 3.858 1991 3.625 2001 3.276 2011 2.846 2021 2.419 Mənbə: İtaliya Milli Statistika İnstitutu (ISTAT).
İmmiqrasiya 2025-ci ilin məlumatlarına görə, immiqrantlar Bolotana əhalisinin 6,3%-ni təşkil edir. Xaricdə doğulmuş sakinlərin mənşə ölkələri arasında Mərakeş, Almaniya, Belçika, Fransa və İsveçrə ilk beşlikdə yer alır.
Uzunömürlülük zonası 2026-cı ildə Frontiers Media nəşrinin Frontiers in Aging jurnalında Sassari Universiteti və Birmingemdəki Alabama Universiteti tədqiqatçılarının araşdırması dərc olunmuşdur. Araşdırmada Bolotana mümkün yeni “mavi zona” — insanların xüsusilə uzun yaşadığı ərazi kimi göstərilmişdir. Tədqiqata əsasən, kənddə 70 yaşına çatan qadınların 13,8%-i 100 yaşına qədər yaşayır. İtaliya üzrə bu göstərici 3,5%-dir. Bu nəticəyə görə, Bolotana qadınların uzunömürlülüyünə görə yalnız Honkonqdan geri qalır. 1900–1925-ci illərdə Bolotanada doğulmuş 38 nəfər 100 ildən çox yaşamışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər Rəsmi sayt Bolotana ilə əlaqəli media faylları — Vikianbar
Kateqoriya:İtaliya şəhərləri