Yusif ibn Ömər əs-Səqəfi (; ) — Bənu Səqifdən olan Əməvi valisi.

Həyatı 686-cı ildə anadan oldu. Bənu Səqifə mənsub idi.

725-ci ildə Hişam ibn Əbdülməlik tərəfindən Yəmənə vali təyin edildi. Mənbələrdə onun Yəmən əhalisi ilə sərt və rəhmsiz davrandığı, Vəhb ibn Münəbbihə qarşı zorakılıq etdiyi qeyd edilir.

738-ci ildə İraq general qubernatoru təyin edilir və bir qrup şəxslə birlikdə gizlincə Kufəyə daxil oldu. Burada Mudarilərdən tərəfdar topladı, Sind əyalətinin valisi istisna olmaqla bütün valiləri vəzifədən azad etdi və onlardan bəzilərini qohumları ilə birlikdə sərt şəkildə cəzalandırdı.

Öz qohumu Həccac ibn Yusif kimi sərt və rəhmsiz siyasət yürüdən Yusif ibn Ömərin əhaliyə qarşı sərt davranışları və bəzi nüfuzlu şəxsləri işgəncə ilə öldürməsi Qeysi-Yəməni qarşıdurmasını yenidən alovlandırdı.

Onun sərt və rəhmsiz siyasəti Əməvi müxaliflərini hərəkətə keçirdi və nəticədə Əməvilər dövrünün ən mühüm üsyanlarından biri — Zeyd ibn Əli üsyanı baş verdi.

Kufədə xəlifə olmağa hazırlaşan Zeyd ibn Əli haqqında bəzi siyasi gedişlər edərək, tərəfdarlarının onu tək qoymasına nail oldu. Bundan sonra 740-cı ildə Zeyd ibn Əliyə basqın edərək, onu və tərəfdarlarını qətlə yetirdi.

Bu hadisədən sonra da öz sərt siyasətini davam etdirən Yusif ibn Ömər, Hişam ibn Əbdülməlikin dayısı oğullarını da qətlə yetirdi. Mənbələrdə onun işgəncə ilə qətlə yetirdiyi şəxslər arasında radikal şiə qruplarından Mənsuriyyənin banisi Əbu Mənsur əl-İcli və keçmiş Bəsrə qazısı Bilal ibn Əbu Bürdənin də adıları qeyd olunur.

III Yezid hakimiyyətə gəldikdə onu vəzifədən azad edib, yerinə Mənsur ibn Cümhuru təyin etdi. Yeni vali Mənsurun onu həbs etmək istədiyi xəbərini alan Yusif ibn Ömər, Suriyaya qaçdı və burada tanınmamaq üçün qadın paltarı geyərək gizlənməyə başladı. Lakin onun Suriyada gizləndiyini öyrənin III Yezid, Yusif ibn Ömərin həbs olunması üçün hərbi dəstə göndərdi. Həmin dəstə tərəfindən həbs edilən Yusif ibn Ömər, Dəməşqdə aparıldı və II Mərvanın üsyan qaldırdığı vaxtda İbrahim ibn I Vəlid və Süleyman ibn Hişamın göndəri şəxslər tərəfindən 744-cü ildə qətlə yetirildi.

İstinadlar

Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:Ərəb generallar Kateqoriya:İslam tarixi