İt nəyi gördü: və digər macəralar (ing: What the Dog Saw: And Other Adventures) — kanadalı yazıçı Malkolm Qladvellin 20 oktyabr 2009-cu ildə nəşr olunmuş dördüncü kitabı. Kitab müəllifin The Nyu-Yorker jurnalında dərc olunmuş məqalələrindən ibarət topludur.
Tarixçə Qladvell 1997-ci ildə Nyu-Yorker jurnalının əməkdaşı sırasına qoşulmazdan əvvəl Vaşinqton Post qəzetində biznes və elm mövzularını işıqlandırırdı. Topluya daxil edilən məqalələrin hər biri ilk dəfə Nyu-Yorker jurnalında dərc olunmuş və şəxsən Qladvell tərəfindən seçilmişdir. Məqalələri ümumi bi rmövzu birləşdiri: Qladvell dünyanı başqalarını gözü ilə göstərməyə çalışır. Hətta həmin başqası bir it olsa belə. Kitabın adı da məhz buradan qaynaqlanır.
Məzmun "İt nəyi gördü" Malkolm Qledvellin ilk dəfə "Nyu-Yorker" jurnalında dərc olunmuş 19 məqaləsindən ibarət topludur. Kitab üç hissəyə bölünmüşdür. "Aludə olanlar, qabaqcıllar və digər növ azlıqda olan dahilər" adlı birinci hissədə öz işini yüksək səviyyədə bacaran, lakin geniş ictiamiyyət arasında o qədər də tanınmayan insanlardan bəhs olunur. "Nəzəriyyələr, proqnozlar və diaqnozlar" adlı ikinci hissə proqnzlaşdırma ilə bağlı problemlərə həsr olunmuşdur. Bu hissədə kəşfiyyat fəaliyyətindəki uğursuzluqlar və Enron şirkətinin süqutu kimi məsələlər araşdırılır. "Şəxsiyyət, xarakter və intellekt" adlı üçüncü hissədə isə istead və qabiliyyətlərini erkən və gec yaşlarda üzə çıxaran insanlar arasındakı fərqlərdən cinayətkarların psixoloji portretlərinin hazırlanmasına qədər müxtəlif psixoloji və sosioloji mövzular müzakirə olunur.
Həmçinin bax
Qeyri-adilər
İstinadlar Kateqoriya:Qeyri-bədii ədəbiyyat Kateqoriya:Əlifba sırasına görə kitablar