Cərir ibn Ətiyyə (; ) — Əməvilər dövrünün ənənəçi satirik şairi.

Bioqrafiyası Tam adı Cərir ibn Ətiyyə ibn Hüzeyfə ibn Bədr ibn Sələmə ibn Əvf ibn Quleyb ibn Yərbu ibn Hənzələ ibn Malik ibn Zeyd Mənat ibn Təmim ibn Mürrə ibn Udd ibn Təbihə ibn İlyas ibn Mudar ibn Nizardır. Bənu Təmim qəbiləsinin Yərbu qoluna mənsub olan Cəririn 650–651-ci illərdə anadan olduğu güman edilir.

Cərir ibn Ətiyyə 732-ci ildə Yəmamədə vəfat etdi. Onun ölüm tarixi haqqında 729, 731 və 733 kimi fərqli tarixlər də qeyd olunur.

Cərir ibn Ətiyyə Fərəzdəq və Əxtəl ilə olan nəqaiz (eyni vəzn və qafiyəli deyişmə şeirləri) şeirləri ilə də tanınır. Cərir ibn Ətiyyə Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz və başqa Əməvi dövlət başçısı və xadimləri üçün mədhiyələr yazmışdır.

İstinadlar Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Ərəb şairlər Kateqoriya:Orta əsrlər yazıçıları Kateqoriya:Satiraçılar Kateqoriya:Tabiinlər Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbdilli şairlər Kateqoriya:VIII əsr ərəbləri