Cerom Devid Selincer (; ) — Amerika yazıçısı.
Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı.
Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır.
1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır.
1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub. Xüsusən o dövrün gənc oxuyucularını təsirləndirən bu roman Selincerə məşhurluq qazandırır. Dünyanın müxtəlif ölkələrində ümumilikdə 60 milyon nüsxə ilə satılmış bu roman Devidin yazdığı yeganə romandır.
Həyatı Atası Solomon Selincer yəhudi əsilli Litvalıdır. O, gündəlik topdan satış pendir alveri ilə məşğul olurdu. Anası Meri Cillik yəhudi dinini qəbul etmiş şotland-irlandıyalıdır. Ceromun yeganə bacısı Dorris isə ondan səkkiz yaş böyük idi.
1942-ci ildə Cerom hərbi xidmətə çağırılmış, daha rabitə qoşununda zabit-serjant məktəbini bitirmişdi. Hətta bəzi əsirlərlə bağlı əməliyyatlarda da iştrak etmişdi.
Yaradıcılığı 1940-cı illərin sonunda dzen- buddizmi araşdırmağa başlamışdı.
Romanı çap edilməmişdən qabaq Ceromun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə " Doqquz novella " kitabını çıxarmışdı.
60-cı illərdə dərc olunan "Freeni və Zui" novellası və "Raise High the Roof Beam, Carpenters" povesti Devidə ədəbiyyat yolunda yenilik gətirir. O, əsərdə yaratdığı intellektual, zərif, incə Qlass ailəsi obrazını yeni fikirlərinin bələdçisinə çevirir. Bu qəhrəmanları sayəsində Dzen buddizm, iddiasız, mülayim mistisizm, nihilizm və Tolstoy ideyalarını sintez etməyi bacarır. Romanından sonra Devid demək olar müsahibə verməkdəm tamamilə imtina etməyə başladı. 1965-cı ildə isə çap etdirməyi ümumiyyətlə dayandırdı və yalnız özü üçün yazmağı qərara aldı. Bəzi köhnə yazılarına isə qadağa qoydu.
Həyatının son illərində isə öz böyük darvazalı evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif ruhani meditasiyalar, praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı. Və eləcə də qeyri- ənənəvi tibblə, urinoterapiya ilə, homeopatiya ilə, müəyyən xristian elmləri ilə məşğul olurdu.
Devid Selincer 2010-cu il 27 yanvarda 91 yaşında Nyu-Hempşir ştatında, öz evində vəfat etmişdir..
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:Nyu-Hempşirdə vəfat edənlər Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsrin ABŞ romançıları