Edinburq Universiteti () — Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.
Xarici əlaqələri Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən Rassel qrupuna, eləcə də, "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Koimbra qrupunun üzvüdür.
Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 43474752535553545351514547
+ "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11211717212022
+ "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11243639323640
Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Culius Nyerere - Tanzaniyanın sabiq prezidenti; Yun Po Sun - Cənubi Koreyanın sabiq prezidenti; Uiliyam Uolker - Nikaraqua Respublikasının sabiq prezidenti; Qordon Braun - Böyük Britaniyanın sabiq Baş naziri; Con Rassel - Böyük Britaniyanın sabiq Baş naziri; Henri Templ - Böyük Britaniyanın sabiq Baş naziri; Çarlz Tupper - Kanadanın sabiq Baş naziri; Maykl Cullen - Yeni Zellandiyanın maliyyə naziri; Devid Yum - məşhur Şotland filosofu; Adam Smit - Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi; Artur Konan Doyl - məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi; Valter Skott - dünya şöhrətli yazıçı; Robert Stivenson - məşhur macəra romanlarının müəllifi; Edvard Appleton - fizika üzrə Nobel mükafatı laureatı; Çarlz Barkla - fizika üzrə Nobel mükafatı laureatı; Maks Born - fizika üzrə Nobel mükafatı laureatı; İqor Tamm - fizika üzrə Nobel mükafatı laureatı; Piter Doherti - tibb üzrə Nobel mükafatı laureatı; Ceyms Mirrlees - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Piter Mitçell - kimya üzrə Nobel mükafatı laureatı.
İlkləri 1896-1898-ci illərdə burada entomologiya sahəsində bir tədqiqatçı kimi çalışmış Eleanor Anna Ormerod Edinburq Universitetindən fəxri doktor adı almış ilk qadındır.Eleanor Ormerod . qadin.net, 29.06.2014
Mənbə Lamiyə Əliyeva, Dünya universitetləri: Edinburq Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 22.01.2010, № 03.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şotlandiya universitetləri Kateqoriya:Edinburqda təhsil Kateqoriya:1582-ci ildə yarananlar Kateqoriya:Koimbra qrupu Kateqoriya:Universitas 21 Kateqoriya:Rassell qrupu