Hacıqasımov Musa bəy Mirzə Həmdulla bəy oğlu () — Azərbaycan memarı və dövlət xadimi.

Həyatı 200px|thumb|left|Sankt-Peterburq Texnologiya İnstitutunda təhsil alan azərbaycanlı tələbələr 1904-cü il. (Ayaq üstə duran dördüncü Musa Hacıqasımovdur) Musa Hacıqasımov 16 avqust 1886-cı ildə Dağıstanın Qasımkənd rayonunda dünyaya gəlib. 1903-cü ildə Bakı real məktəbini bitirərək Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutuna daxil olub, ancaq inqilabi işə görə bir müddət sonra xaric edilib. Oranı 1918-ci ildə bitirib. Bakı və Peterburqda müxtəlif vəzifələrdə çalışıb. 1925–1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Azərbaycan Xalq Təsərrüfatı Şurasının, Azərbaycan SSR Dövlət Plan Komitəsinin, Azərbalıq İdarəsinin sədri kimi vəzifələrdə çalışıb. 1930–1933-cü illərdə Leninqrad Şəhər Soveti Memarlıq-Planlaşdırma İdarəsinin rəisi və 1933–1935-ci ildə Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri olub.

20 iyul 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində vəfat edib.

Həmçinin bax Həsən Məcidov

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Dağıstanda doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Sankt-Peterburq Dövlət Texnologiya İnstitutunun məzunları Kateqoriya:SSRİ memarları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri