Vəzirov Azad bəy Mirzə Həmid bəy oğlu () — Çar Rusiyası və Azərbaycanın hərbi lideri, polkovnik. Sovet dövlət xadimi, neft sənayesinin təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun atası.
Həyatı Azad bəy Mirzə Həmid bəy oğlu 22 avqust 1869-cu ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. 43-cü Tver draqun alayının nəzdində Yelisavetqrad süvari yunker məktəbinə girib. 20 dekabr 1888-ci ildə hərbi xidmətə başlayıb. 1895-ci ildə Dağıstan piyada alayında qulluq edib. 27 oktyabr 1897-ci ildə kornet rütbəsi, 27 oktyabr 1901-ci ildə poruçik rütbəsi alıb. 1902-ci ildə Dağıstandan Bakı qubеrniyasına dəyişilib. 27 oktyabr 1905-ci ildə ştabs-rotmistr rütbəsinə, 27 oktyabr 1909-cu ildə rotmistr rütbəsinə layiq görülüb. Ober-zabit kimi Bakı qubernatorunun yardımçısı işləyib. Burada qulluq etdiyi dönəmdə polkovnik rütbəsi alıb. Azad bəy 1920-ci ildə XI Qırmızı Ordunun sıralarına daxil olub. Ordunun içində İrana, ingilislərlə vuruşmağa yollanıb. 1921-ci ildə Qəzvin şəhərində vəfat edib.
Ailəsi Azad bəy Kərim bəy Mehmandarovun qızı Zəhra xanımla ailə həyatı qurub. İsa bəy, Musa bəy, Süleyman Vəzirov, İsa bəy (ikinci) adlı oğulları, Xeyrənsə xanım, Qönçə xanım və Gülrux xanım adlı qızları vardı.
Mənbə Ənvər Çingizoğlu, Hacılılar, Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
İstinad
Həmçinin bax Vəzirovlar Mirzə Həmid bəy Vəzirov
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Vəzirovlar