Ərikli kəndi — Qərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hazırda tərk edilmiş yaşayış məskəni.

Tarixi Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Etimologiyası Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi 1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan: Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Məmmədcəfər (oğlu: Nəsir), Fərzalı İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Abdulla Vəli Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Həsən Хanməmməd Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Oruc

1873-cü ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan: İbrahim Namaz oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Mirzalı (oğlu: Seyidalı), Məsum, Qulu İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Abdulla, Əsədulla, Əziz

Kənddə 1873-cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914-cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1917–18-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xarabalıq yerdir.

Mənbə Ənvər Çingizoğlu, "Ərikli kəndinin yaranması haqqında", "Soy" jurnalı. 12(32), Bakı, 2009.

Həmçinin bax Zəngəzur

Kateqoriya:Zəngəzur kəndləri