Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil.
Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir.
Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır.
Tarixi Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi.
Bolqar Əlifbası А аaБ бbВ вvГ гqД дdЕ еeЖ жjЗ зzИ иiЙ йyК кkЛ лlМ мmН нnО оoП пpР рrС сsТ тtУ уuФ фfХ хxЦ цtsЧ чçШ шşЩ щştЪ ъıЬ ьyЮ юyuЯ яya
Maraqlı məqamlar Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Xarici keçidlər Bulgarca Konuşma Kılavuzu
Mənbə Институт болгарского языка Болгарской Академии наук (по-болгарски) Болгарский язык в Ethnologue Болгарский словарь синонимов Подборка интересных фактов о болгарском языке
Lüğətlər
Kateqoriya:Bolqarıstan dilləri Kateqoriya:Moldova dilləri