() — aləminin kladına aid bitki kladı.

Çılpaqtoxumlular arxeqoniyalı bitkilərdir. Ağac və kol şəklində olurlar. Onlar birevli bitkilərdir, toxum vasitəsilə çoxalırlar. Toxumlar külək vasitəsilə yayılırlar. Çarpaz tozlanma adlanan proses may ayında gedir. Ağac və kolşəkilli nümayəndələri var. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli olur.Meyvələri olmur.

Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır. Dünyanın ən hündür, yoğun və uzunömürlü ağacı sekvoya (mamont ağacı) da çılpaqtoxumlulara mənsubdur.

Toxumlu bitkilər iki yerə bölünür: çılpaqtoxumlular və örtülütoxumlular. Çılpaqtoxumlular növ tərkibi etibarilə nisbətən az, örtülütoxumlular isə çoxdur. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar olur. Qozalarda toxumlar yetişir. Toxumlar qoza pulcuqlarında çılpaq yerləşdiyinə görə çılpaq toxumlar adlanır.

Çılpaqtoxumlular-750 növü var. Bu adı toxumlarının çılpaq halda qulcuqların qoltuğunda yerləşdiyi üçün almışdır. İlk iynəyarpaqlı bitkilər Palezoy erasının Daş-kömür dövründə yaranıb.

Əsas xüsusiyyətləri:

İlk dəfə bunlarda əsas kök və toxum əmələ gəlir. Ağac və kol şəklində olurlar. Ot şəkilli növü yoxdur. Soyuq və mülayim iqlimdə, yüksək dağlarda yayılmış və həmişəyaşıl meşələr əmələ gətirmişlər. Birevli bitkilərdir, Yarpaqları iynə və pulcuqşəkillidir, bəzilərində isə (ginko) enliyarpaqlıdır. Yarpaqlar qışda tökülmür. Toxum vasitəsilə çoxalırlar. Hər toxumun üzərində qanadcıq olur. Toxumlar qanadcıqların köməyi ilə külək vasitəsilə yayılırlar. Külək vasitəsilə çarpaz tozlanırlar. Çarpaz tozlanma adlanan proses may ayında gedir. Mayalanma sudan asılı deyil. Mayalanma hərəkətsiz erkək qametlər- spermlər vasitəsilə gedir. Endosperm ancaq ana orqanizmin xüsusiyyətlərini daşıyır. Meyvələri və çiçəkləri olmur. Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır. Govdəsində qabıq hissə nazik, oduncaq hissə isə qalındır. Özək də zəif inkişaf edib. Oduncaq əsasən dayaq və ötürücü funksiya daşıyan ölü hüceyrələrdən təşkil olunub. Bəzi növlərin qabıq və oduncağında içərisi efir yağları və qətranla dolu kanallar var. Bu maddələrin buxarlanması ətrafa xöş iy verir, bakteriyalara isə öldürücü təsir edir. Dünyanın ən hündür, yoğun və uzunömürlü ağacı sekvoya (mamont ağacı) da çılpaqtoxumlulara mənsubdur.

Çılpaqtoxumluların çoxalması. Çılpaqtoxumluların, məsələn, adi şam ağacının çoxalması belə baş verir. Yazda birevli bitki olan şam ağacının cavan budaqlarında iki cür – dişi və erkək qoza yetişir. Dişi qozaların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq kisəsi olur. Erkək qozadakı yetişmiş tozcuqlar külək vasitəsilə dişi qozalarda olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra dişi qozanın pulcuqları qapanır. Tozlanmadan müəyyən müddət keçdikdən sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və spermi iştirak edir. Yaranan ziqotdan rüşeym inkişaf edir. Qozalar yetişdikdə qonur rəng alır. Yetişmiş qozaların pulcuqları aralandıqda onun içərisindən pərdəvari qanadcığa malik toxumlar tökülür. Onlar külək vasitəsilə yayılır və əlverişli şəraitdə cücərərək yeni bitkiyə başlanğıc verirlər.

Çılpaqtoxumluların əhəmiyyəti — digər bitkilər kimi, çılpaqtoxumlular da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən xüsusi maddələr – fitonsidlər ifraz edir. Çılpaqtoxumluların əksəriyyətində kök sistemi yaxşı inkişaf etdiyi üçün torpaqların eroziyadan qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlulardan xammal kimi də istifadə olunur. Onlar tikinti materialı kimi işlədilir. Gövdələrindən kimyəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, skipidar, kanifol, müxtəlif vitaminlər, Sibir şamının toxumundan isə yağ alınır.

Azərbaycanda olan çılpaqtoxumlu bitkilərin mənşəyi Azərbaycan florasında çılpaqtoxumluların 4 sinfinə, 8 fəsiləsinə, 20 cinsinə məxsus 56 növ ağac və kol bitkisinə təsadüf edilir. Bunlardan 13 növ Azərabycanın təbii florasında yayılmışdır ki onlarında 1 növü relikt, 1növü endem, 5 növü isə nadir bitkidir. 43 növ isə introduksiya olunmuşdur. Bu bitkilərin tarixi paleozoy erasının daş kömür dövründən başlamış, müasir cins və növlər əsasən Mezozoy erasının təbaşir, Kaynozyun alt üçüncü dövründə formalaşmışdır.

Ümumi məlumat Çılpaqtoxumlular qədim bitkilər olub, öz başlanğıclarını 360–370 milyon əvvəl – Poleozoy erasının Devon dövrünün ikinci yarsından götürmüşdür. Mezozoy erasında çılpaqtoxumlular inkişafının ən yüksək mərhələsinə çatmışlar. Bu dövrdə istisevər bitkilər hegomonluq etmişlər. Mezozoy erasının sonlarında kəskin soyuqların düşməsi ilə əlaqadar, bitkilərin çoxu məhv olmağa başlayırlar. Çılpaqtoxumlular ikinci dəfə öz başlanğıclarını Mezozyun soyuğadavamlı formalarından götürmüşlər. Bu formalrın əmələ gəlməsi, yerin materikdaxili buzlaşması ilə əlaqədar olmuşdur. Kaynazoy erasında çılpaqtoxumlulraın soyuğadavamlı növləri Şimal yarımkürəsinin mülayim və mülayim-soyuq iqlim qurşaqalrında geniş areallarda yayılmışlar. Bu bitkilər həmin yerlərin müsair dövr florasında da üstünlük təşkil edirlər. Çılpaqtoxumluların özlərindən əvvəki bitki qurupları ilə müqayisədə bu cür geniş yayılması, onların toxumla çoxalması amili mühümm yer tutur. Toxum yumurtacığın inkişafından əmələ gəlir. Yumurtacıq dəyişkənliyə uğramış makrosporan-gidir. Yumurtacıq makrosprofilin üzərində açıqda yerləşdiyindən, ondan əmlə gələn toxum da açıqda yerləşir. Ona görə bu bitkilər çılpaq toxumlular adlanır. Toxumdan ilk olaraq rüşeym kökcüyü inkişaf edir. Ağac bitkilərinin əmələ gəlməsində kökün, uzunmüddətli funkisya daşıyan kambinin, mexaniki möhkəmliyi şərtləndirən su ötürən toxumaların formalşması vacib rol oynamışdır. Müasir çılpaqtoxumluların əksəriyyəti ağac və kol-şəkilli bitkilərdir. Təkamülün qədim mərhələlərində otşəkilli növləri də olmuşdur . Bütün çılpaqtoxumlular müxtəlifsporlu bitki-lərdir. Mikrosporangilərdə mikrosporlar formalşır. Qılaf ilə örtülmüş, böyüyən mikrosporları-erkək qametofitləri tozucuq adlandırırlar. Müxtəlif sayda hüceyrələrdən təşkil olunan tozucuq əsasən küləklə yayılır. Örtülütoxumlulardan fərqli olaraq bunlarda yumurtacıq bağlı olmadığı üçün, tozucuq birbaşa rüşeym başlanğıcına düşür. Rüşeym başlanğıcının içərisində bir ədəd iri sporogen hüceyrə formalaşır. Daha sonra bu hüceyrə reduksion yolla bölünərək 4 ədəd qeyri-bərabər hüceyrələri-meqasporları əmələ gətirir. Rüşeym başlanğıcı mürəkkəb orqan olub, mikrosporangi, nutsellusdan və örtük-intequmentdən təşkil olunur. Əmələ gələn 4 meqaspordan 3 ədəd kiçik olanı məhv olur, bir ədəd böyüyü isə inkişaf edərək dişi qametofiti və ya endospermi əmələ gətirir. Mayalanmadan sonra rüşeym başlanğıcından toxum inkişaf edir. İntequment toxum qabığına çevrilir, nutsellus rüşymin böyüməsinə sərf olunur. Mayalanmış yumurta hüceyrəsindən rüşeym, onun kökçüyü, gövdəciyi və 2–18 ləpəli toxum inkişaf edir. Yumurtahüceyrəsi spermatozoidlə mayalanan bitkilərə zoidoqam, spermilərlə mayalananlra isə sifonoqam bitkilər deyilir. Azərbaycan florasında olan çılpaqtoxumlu bitkilər müxtəlif müəlliflər tərəfindən ayrı-ayrı taksonlar şəklində bir sıra aspektlərdən tədqiq olunsa da, onların tarixi mənşəyi, müasir təsnifatı və statusları kompleks halda öyrənilməmişdir.

Siniflər Müasir təsnifata görə PINOPOHYTA və ya GYMNOSPERMAE- çılpaqtoxumlular şöbəsinə 6 sinif daxildir: Pteridospermopsida – toxumlu qıjılar Bennetitopsida – bennetitlər Cycadopsida – saqovniklər Gingoopsida – kinqolar Pinopsida və ya Coniferopsida- iynəyarpaqlılar və ya qozadaşıyanlar Chlamydospermatopsida – toxumörtüklülər.

Pteridospermopsida – toxumlu qıjılar Toxumlu qıjıların və bennetitlərin nəsli kəsilmişdir. Digər 4 sinfə aid 900-ə qədər növ yer kürəsinin bütün iqlim qurşaqlarında yayılmışdır.

Cycadopsida –saqovniklər sinfi Gövdə və yarpaqlarının qalıqlarına əsasən Paleozoy erasının perm dövrünə, strobil və toxumlarına görə isə Mezozoyun yuxarı trias dövrünə aid edirlər. Mezozoyun sonlarında-yura və təbaşir dövrlərində çoxlu quruplar şəklində yer kürəsində geniş yayılmışdır. Müasir florada bir fəsiləsi – Cycadceae Pors. (saqovnikkimilər), 10 cinsi və 120–130 növü tropik və subtropik iqlim qurşaqlarında yayılmışdır. Amerika materikində, Afrikada və Avstraliyada daha çox növ müxtəlifliyi vardır. Əsasən həmişəyaşıl bitkilərdir. Azərbaycanda Mərkəzi Nəbatat Bağında və Mərdəkan Dendrologiya İnstitutunda otaq şəraitində becərilən bir növü-Əyriyarpaq saqovnik (Cycas revoliuta Thunb.) vardır.

Ginkgoopsida – kinqolar sinfi Kinqolar Paleozoy erasının daş kömür dövründən məlumdur. Müasir florada bir fəsiləsi- Ginkgoaceae L.- Kinqokimilər və bu fəsiləyə daxil olan bir növü – Gingo biloba L.-İkitaylı kinqo vardır. Bu növ Mezozoyun üst tiras dövründə geniş ərazilrdə yayılmışdır. Hazırda ancaq şərqi çində kiçik sahələri tutan meşələri vardır. Hündürlüy 30 m-ə çatan, yarpaqlarını tökən ağaclardır. Mərkəzi Nəbatat Bağında və Mərədakan Dİ-da becərilir. 3. Pinopsida və ya Coniferopsida – İynəyarpaqlılar və ya qozadaşıyanlar sinfi. Paleozoy ersının daş kömür dövründən məlum olub, Mezozoyun yura və təbaşir dövrlərində geniş yayılmışlar. Bu sinif iki yarım sinfə bölünür: Cordaitidae – kordaitlər yarımsinfi. Bu yarımsinifə bir sıra – Cordaitales (kordaitlər) və bir fəsilə Cordaitalaceae -kordaitkimilər daxildir. Bu sıra daş kömür dövründə bataqlıq və quru ərazilərdə geniş meşələr əmələ gətirmişlər. Daş kömürün formalaşmasında iştirak etmişlər. Perm dövründə qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq, quru və kəskin soyuqlara dözməyərək, tamamilə məhv olmuşlar. Pinidae – iynəyarpaqlılar yarımsinfi. Üst daş kömür dövründə, şimal yarım kürəsinin mülayim iqlim zonasında əmələ gəlmişlər. İlk iynəyarpaqlılar lokal buzlaşma ilə əlaqədar quraqlıq səbəbindən kseromorf struktura malik olmuşlar. Permin sonu, triasın əvvəllərində kəskin soyuqlar iynəyarpaqlıların inkişafını ləngitmişdir. Araukarilər, podakarplar və şamlar məhz bu dövrdə əmələ gəlmişdir. Lakin onların fəsilələrə diferensasiyası tam baş verməmişdir. Perimin sonunda iynəyarpaqlıların arelları Cənub yarım kürəsinə doğru genişlənməyə başladı. Triasda isə onlar bütün yer kürəsinə yayılmağa başladılar. İynəyarpaqlıların inkişafının çiçəkləmə dövrü, müasir cins və növlərə ayrılması yura və təbaşir dövrlərində baş vermişdir. Müasir floraya məxsus bitkilərin areallarının formalşması Kaynazoyun əvvələrinə təsadüf edir. Kaynazoy erasının üçüncü dövrünün Paleosen və Eosen mərhələlərində iqlim isti və rütubətli olmuşdur. Bu dövrdə Poltav florası-əsasən həmişəyaşıl bitkilər üstünlük təşkil etmişdir. İynəyarpaqlılar üçün əlverişli olan bu şəraitdə onların arealları Arktikadan Antarktidaya qədər genişlənmişdir. Üçüncü dövrün Oliqosen mərhələsinin əvvəlirindən etibarən həmişəyaşıl Poltav florasını yarpaqlarını tökən Turqay florası əvəz etməyə başladı. Bu proses Avropadan başlayıb, şimala doğru getmişdir. O cümlədən Aralıq dənizi ətarfını və Qafqazı da əhatə etmişdir. Turqay florasında Faqus L., Ulmus L., Betula L., Quercus L., Juglans L., Pterocarya Runth., Acer L., Vitis L., Zelkova Spch. və s yarpağını tökən cinslər üstünlük təşkil etmişlər. Oliqosenin ortalarında Turqay florası Asiyadan Yaponiyaya, saxalindən Kazaxıstana, Urala, Avropada Şotlandiya, İngiltərəyə qədər yayılır və iynəyarpaqlıların areallarını sıxışdırmağa başlayır. Avropa və Asiyada buzlaşma ilə əlaqədar isti sevən birkilər, eləcə də iynəyarpaqlıların bir çox qurupları məhv olmağa başlayır. Yalnız soyuğadavamlı və nisbətən cavan növlər məhv olmadılar. Sonradan bu növlər mülayim və mülayim-soyuq iqlimə uyğunlaşaraq, geniş yayıldılar. Asiyanın cənub-şərq ərazilərini buzlaşma əhatə etmədiyindən, bu ərazilərdə qədim növlər öz varlıqlarını qoruyub saxlamışlar. Amerikada dağlar əsasən merdian boyu yerləşdiyi üçün, buzlaşma dövründə istisevən bitkilər öz arellarını cənuba doğru dəyişmişlər. İndi də Amerikanın Sakit okean sahillərində İynəyarpaqlıların çoxlu relikt növləri vardır.