Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri