Açıq Səma Altında Muzey — Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı əsasında yaradılmış, Naxçıvan şəhərində muzey.
Haqqında Muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir.
Eksponatlar Naxçıvanın müxtəlif bölgələrindən tapılmış daş eksponatlar əsasında yaradılmışdır. Muzeydə 220-dən artıq daş abidə qorunur və ekspozisiyalarda nümayiş etdirilir. Ekspozisiyada 4 qrup daş abidələr – eksponatlar vardır. Sütun altlıqları və başlıqları İnşaat işlərində istifadə olunan sütunlar Dekorativ üzlüklər Daş dibəklər Məişətdə istifadə olunan dəstərlər Şirəsüzənlər Məzar daşları Beş ton ağırlığında olan dəyirman daşı Qoç heykəlləri Dini inanclarla bağlı sənduqələr Qayaüstü təsvirlər Təbiətdən hazır əldə olunan zoomorf fiqurlar və bəndlər
İstinadlar
Xarici keçidlər
Naxçıvan Muxtar Respublikası
Kateqoriya:Naxçıvan muzeyləri Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı açıq səma altında muzeylər Kateqoriya:2002-ci ildə yaradılmış muzeylər