Ziyai Ərdəbili (1850-?) — şair

Həyatı İsa Hacı Məhəmmədrəhim oğlu 1850-ci ildə Ərdəbil şəhərində anadan olmuşdu. Atası vəfat etdikdən sonra Lənkəran şəhərinə gəlmiş burda günəmuzd işlərlə məşğul olmuşdu.

Yaradıcılığı İsa Azərbaycan və fars dillərində şeir yazırdı. Ziyai təxəllüsünü qəbul etmişdi. "Təzkireyi-Ziyai" adlı əsər yazmışdı. Onun qəzəlləri xalq arasında məşhur idi.

Qoyubdu başə o sərvi-səhi gülah əyri, Qaş əyri, zülfi-siyah əyriyü nikah əyri. Mən eylədim qaşa aşiqlər içrə səcdı, vəli, Gürülməmişdi cahan içrə qibləgah əyri. Şigənci-səy ilə olmadı bəxt, tale-rast, Çıxıbdı çünku bi xilqətdən ol giyah əyri, Dadızdırır mənə zəhri-əcəl gərahətsiz, Gələndə qəmzən oxu xah rast, xah əyri. Günüm qaradırü gönlüm şikəstə, qəddim-xəm, Nə qədr vardır ol türeyyi-siyah əyri. O sərv qamətə yox, heyf, istiqaməti-xub, Ki vardır aşiqilən gah rast, gah əyri. Qərəz, Ziyan tək axırda görmədi mənzil, Fəzayi-eşqdə hər kəs ki, getdi gah əyri.

Həmçinin bax

Azərbaycan ədəbiyyatı

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Ərdəbildə doğulanlar